Kafir bayramlarını qeyd edən insan kafir olurmu?

    12.03.2019
Kimdən: 
Kənan
Sual: 
Salam Aleykum. Əgər mən islam qaydalarına əməl edirəmsə amma yeni ili də qeyd edirəmsə mən kafirəm? Öncədən təşəkkür edirəm.
Cavab: 
Və aleykum Salam. Şübhə yoxdur ki, yeni il islam bayramlarından deyil və müsəlmanın belə bir günü bayram kimi qeyd etməsi günahdır. Lakin, bu o demək deyil ki, hər günah, küfr və ya şirk edən kafirdir. Kafir Allaha, peyğəmbərə, Qurani Kərimə iman gətirməyən və islamı din olaraq qəbul etməyən bir kəsə deyilir. Ancaq hər bir halda siz yenə də Allahdan qorxun bacardığınız qədər Allahın əmrlərini yerinə yetirib günahlardan çəkinin, bilmədən və ya bilərəkdən etdiyiniz günahlara görə də tövbə edib bir daha o əmələ qayıtmayın. Çünki günah işlər insanın imanını zəiflədir, savablarını azaldır, insanı Allahdan uzaqlaşdırır və xeyirdən məhrum edir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bir qövmə oxşasa, artıq o da onlardandır". (Sunən Əbu Davud, 4033).
Yəni, həmin insanın imanı əldən gedər, onlar kimi olar. Günümüzdə müsəlmanların imanının zəif olmasının səbəblərindən biri də kafirlərə oxşamağa çalışmaları, Allahın əmr etdiyi əməlləri unudub, kafirlərin əməllərini etməyə çalışmalarıdır. Həmçinin oxuyun:
Yeni ili keçirtmək olarmı?
İmanı artırmaq üçün nə etmək lazımdır?
Paylaş: