Yeni ili keçirtmək olarmı?
Aleykum salam. Qeyd etdiyiniz tarixin Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) nə vəfatı, nə də doğum günü ilə heç bir əlaqəsi yoxdur. Həmin günü yeni il bayramı kimi keçirtməyə gəlincə isə dinimiz bizə qeyri müsəlmanlara oxşamağı, onların bayramlarını, adət-ənənələrini və s. mənimsəməyi qadağan edir. Uca Allah Öz mübarək kitabında belə buyurur: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz…". (əl-Maidə, 51).
İbn Kəsir və başqa təfsir alimləri (Allah onlara rəhmət etsin) bu ayədə "dost" deyərkən: "Kafirlərin bütün söz və davranışlarını, adət-ənənələrini, bayramlarını və s. kimi əlamətlərini götürüb, qəbul edib, tətbiq etmək olduğunu demişlər".
Bu haqda Qurani Kərimdən əl-Maidə, 57, əl-Casiyə, 18, əl-Bəqərə, 145, ən-Nisa, 144, əl-Furqan, 72 ayələri və s. misal gətirmək olar. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "And olsun ki, sizdən öncəkilərin yoluna qarış-qarış uyacaqsınız. Hətta onlar hansı deşiyə soxulsalar, siz də, ora soxulacaqsınız. Səhabələr dedilər: Ey Allahın Rəsulu, Yahudi və Xristianları qəsd edirsiniz? Rəsulullah: "Başqa kim olacaqki?!", - deyə cavab verdi". (Səhih əl-Buxari və Səhih Muslim).
Başqa bir hədisdə Allahın Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim bir qövmə oxşasa, artıq o da onlardandır". (Əbu Davud, 4033).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldiyi zaman, Mədinəlilərin iki (Novruz və Mihrican) günləri vardı. Həmin günlər oynayıb, əylənərlərdi. Bu iki gün nədir? – deyə soruşdu. Biz cahiliyyə dövründə bu günlərdə əylənərdik, – dedilər. Allah Rəsulu (salləlahu aleyhi və səlləm) buyurdu: "Allah bu iki bayramınızı, onlardan daha xeyirli digər iki günlə dəyişdirdi: Qurban və Fitr (Ramazan) bayramı". (Əbu Davud, 1134; ən-Nəsai: "İydeyn", 1, 3/179). Həmçinin oxuyun:
Peyğəmbərimiz hansı ayda anadan olub?
İslam fiqhi: İKİ BAYRAM (Ramazan və Qurban) NAMAZI