Ailə qurduqdan sonra qarabasmadan əziyyət çəkirəm, nə edim?

    04.03.2019
Kimdən: 
Aisa
Sual: 
Assalamu Aleykum va Rahmetullahi va Barakatuhu.Allah razi olsun.Allah elminizi daha da artirsin.əmin.Islamda qarabasma deyilen şey cadudanmi emele gelir?evlendikden sonra demek olar her gun bu hal olur mende.Zovceme seslenmek isteyirem seslene bilmirem.Sanki kimse uzerimde oturur ve nefes almagim cetinlesir.Hetta yanimda kimsenin oldugunu ve nese danisdiglarini da esidirem.Meslehetiniz ne olardi?Allah razi olsun
Cavab: 

Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Bu, şeytanın sizi qorxutması üçün etdiyi vəsvəsələridir. Siz bu hallardan qorxmayın, çünki bunun sizə heç bir zərəri yoxdur. Allaha təvəkkül edin və dua edin ki, şeytanı sizdən uzaqlaşdırsın. Evdə Quranın səsli oxunuşunu dinləyin, hətta namaz qılanda belə səsini azaldaraq Quran surələrinin evdən səsi gəlməsi daha yaxşı olar. Zikrləri, həmçinin yatmazdan qabaq edilən zikrləri çoxaldın, həmçinin burada yazılanları edin: Vəsəvəsə və cadudan necə qorunmaq olar?

Paylaş: