Müalicə səbəbi ilə bir müddət namaza fasilə vermək olarmı?
Sual:
Salam aleykum. Bilmek isterdik ki, namaz qilan qadin15 gun qadin hekiminin yanina gederse tanpunla mualice alarsa ve eve geldikde namaz qilmalidirmi? Yoxsa 15 gun namaza ara vermelidir? Pnceden teshekkur edirem.
Cavab:
Aleykum salam. Xəstə olarkən namazı dayandırmaq olmaz. Xəstə müalicə ala-ala bacardığı şəkildə namazları qılmalıdır. Qadın yalnız iki halda namazları tərk edə bilər. Heyz (aybaşı) və Nifas (doğuşdan sonra qırx gün ərzində axan qan) vaxtı. Qalan hallarda isə ayaq üstə qıla bilmirsə, oturaq halda, bunu da bacarmırsa, uzanaraq qıla bilər. Daha ətraflı: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?