Evdə dovşan saxlamaq olarmı?

    11.03.2019
Kimdən: 
Mexfi
Sual: 
Evde dovsan saxlamaq olarmi ve evden meyiti cixarsa bu gunahdirmi? Yeni evde olerse. Gunahdirsa ALLAH hemin gunahi bagisdayarmi?
Cavab: 

Salam aleykum. Əgər əziyyət vermədən haqqını verirsinizsə, evdə dovşan saxlamaqda bir qadağa yoxdur. Əgər heyvan insanın səhlənkarlıq səbəbilə ona baxmamasından, ac-susuz saxlamasından, heyvana verdiyi əzab-əziyyət səbəbilə ölərsə, bu, günahdır. Bunların heç biri olmadan öz əcəli ölərsə, bunun insana günahı yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) heyvanlara yaxşı münasibət göstərilməsini, əziyyət edilməməsini, müntəzəm yem və su verilməsini əmr edib, heyvanların zövq üçün döyüşdürülməsini, yaxşı nişan almağı öyrənmək üçün hədəf seçilməsini, ətləri yeyilməyəcəyi təqdirdə onları tələf etməyi qadağan edib. Bu təqdirdə insan tövbə edərək çoxlu xeyirli əməllər etməlidir ki, yaxşı əməlləri günahları silib aparsın. Həmçinin oxuyun:
Hansı heyvanları evdə saxlamaq olar?
Heyvanlara əziyyət vermək haqqında

Paylaş: