Namaz qılarkən yanımda kiminsə olduğunu hiss edirəm

    24.03.2014
Kimdən: 
Allahın qulu
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Men namaz qilarken ele bil kiminse yanimda olduqunu hiss edirem. Amma adeten bu hal yalniz subh namazinda baş verir. Bundan evvel mende qaranliqdan qorxu yaranmishdi. Men sizin dediyiniz sureleri oxuyuram. Yatmazdan evvel Ayetul Kursi, el Ixlas, el Fatihe, en Nas surelerini oxuyuram. Bu ne ile elaqedardir? Yeni, subh namazinda kiminse yanimda olduqunu hiss edirem. Bu sheytanların vesveseleri ola bilermi? Men gece namazi qilirdim, amma bir muddetdir ki, dura bilmediyim uchun artiq bunu da qila bilmirem. Buna gore men gunah qazanirammi?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə şeytan hər dəfə çalışır ki, sizi namazdan yayındırsın. Allah təala buyurur: "Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər". (əl-Maidə, 91).
Bu onu göstərir ki, şeytan daima bizi Allahın zikrindən və namazdan yayındırmağa çalışır. Ona görə də bu cür hallar Allaha ibadət edən hər bir insanda ola bilir. Siz bir tərəfdən bu cür şeyləri təbii olaraq qəbul edin, digər tərəfdən isə söylədiyiniz kimi zikr və duaları yerinə yetirməkdə davam edin. Gecə namaz qılmadığınıza görə isə günah qazanmırsınız.

Teqlər: 
Paylaş: