Kişi keçmişdə arvadına "boşayıram" sözü deməsini xatırlamırsa, indi dediyi ilk boşanma sayılırmı?

    25.06.2019
Sual: 
Salam aleykum.Yoldasimla Sonuncu defe mubahise o yere geldiki 'bosayiram' sozunu isletdi.Duzdu hem o niyyetle dememisdi hemde bu meselenin niyyetden falan asili olmadigindan melumati yox idi.Mənim isə mueyyen qeder melumatim vardi tam deqiq bilmirdim.Ele oldu ki, men sizin burda arasdirdim ki, ne niyyetle olur olsun ciddidir.O da elm telebesinden oyrenib bildi ki, mesele ne yerdedi.'qaytardim' dedi bununla kebin quvveye minirmis.Sualim budur ki, bundan evvel munaqisələri dusunməyə calisiram ki, orda nə vaxtsa belə bir soz islədib?Guclu munaqisələr xatirəmə gəlir lakin orda da hansi sozu dəqiq islətdiyini bilmirəm.Melumatsiz oldugumcun fikir vermemisem.Bele halda sonuncu soz 1sayilir?
Cavab: 
Və aleykum Salam. Talaq (boşanma) çox ciddi məsələdir və ona məsuliyyətsiz yanaşmaq olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (Əbu Davud, 2180; ət-Tirmizi, 1195). Kəbinin pozulması üçün kişi qadına boşamaq niyyətilə "səni boşayıram", "atanın evinə get" və s. kimi boşanma mənası verən söz deməlidir. Əgər keçmişdə belə bir söz dediyini xatırlamırsa, dediyi talaq birinci sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Həmçinin oxuyun: Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?
Paylaş: