Allaha şərik qoşduqdan sonra tövbə etmişəm, Allah məni bağışlayarmı?
Və aleykum Salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! Sonra kimsə deməsin ki: "Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!" Yaxud deməsin: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" Həm də əzabı gördüyü zaman deməsin: "Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olardım!" Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun". Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?! Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. De: "Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?" Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!" (əz-Zumər, 53-66). Daha ətraflı:
Tövbə etsəm, Allah bağışlayarmı?
Allaha şərik qoşan tövbə etsə, Allah onu bağışlayarmı?