Mən səfərdə olarkən namazları qısaltmadan qılmışam. Bu səhvdir?
Sual:
Salam aleykum. Men bu yaxinlarda iki heftelik Turkiyeye getmishdim. Orda namazlarimi her azan vaxti normal qaydada qilirdim. Yeni qisaltmirdim. Onda men sehv qilmisham?
Cavab:
Aleykum salam. Namazları vaxtında qılmağınıza görə ciddi bir qəbahət yoxdur. Amma siz səfərdə olduğunuz müddətdə namazların rükətlərini qısaltmalı idiniz. Məsələn, dörd rükətli namazlar iki rükət qılınır, üç və iki rükətli olan namazlar isə olduğu kimi qalır. Bu tək qıldığınız halda belədir. Əgər siz səfərdə olduğunuz müddətdə namazları məsciddə imamla bir yerdə qılmısınızsa, bu zaman düzgün etmisiniz, yəni imamla qıldıqda namazlar tam olaraq qılınır. Amma tək qılanda mütləq qısaltmalısınız.