İnternetdə yuxu yozumlarına baxmaq fala baxmaq hökmünə düşürmü?

    28.04.2019
Sual: 
Salam Aleykum.İnternetdən yuxu yozumlarina baxmag olar?Orda yuxu esasinda islerin yoluna gireceyi yada sevindirəcək hal bas verəcəyini deyir. Bunlar fal hokmune girirmi?
Cavab: 
Və aleykum Salam. Əgər qeyd etdiyiniz mənbələr Quran ayələrinə, səhih hədislərə və mötəbər rəvayətlərə söykənirsə, bu zaman oradan istifadə etmək olar. Amma unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb. Həmçinin bilmək lazımdır ki, hər kəs yuxu yoza bilməz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlikdə (yəni peyğəmbərliyin əlamətlərindən) yalnız müjdələr qalmışdır". (Səhabələr): "Müjdələr nədir?" - deyə soruşdular. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), "gözəl yuxudur!" - deyə cavab verdi". (əl-Buxari, 6990).
İmam Malikə (rahiməhullahu) "hər kəs yuxu yoza bilərmi?" - deyə sual verildikdə, o "Siz peyğəmbərliklə əylənməkmi istəyirsiniz?" - deyə cavab vermişdir.
Habelə yuxularla hərəkət etmək və ya yuxulardan hökm çıxrtmaq şərt deyil. Ümumiyyətlə islama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Pis yuxu gördükdə bilmək lazımdır ki, bu şeytandandır. Oyandıqda həmin yuxunun şərindən və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Həmçinin oxuyun:
Paylaş: