Tövbəni pozduqdan sonra yenidən tövbə etdikdə, Allah tövbəni qəbul edirmi?
Sual:
Salam Allah pozulub sonradan edilen tovbeni qebul edirmi?
Cavab:
Və aleykum Salam. Tövbəni pozduqda yenidən tövbə etmək və şəriətdə buyurulan qaydada günahlardan çəkinməyə çalışmaq lazımdır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
"Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər". (əl-Furqan, 70). Daha ətraflı:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Günahdan əl çəkə bilməyib tövbəmi dəfələrlə pozuram, nə edim?