Məşhədə gedən insanın içki içməsi nə qədər günahdır?

    28.04.2019
Sual: 
Meşhed ziyaretine geden insanın spirtli içki içmesi ne qeder gunahdır ?
Cavab: 
Salam aleykum. Ümumiyyətlə Uca Allah istənilən halda spritli içkiləri içməyi haram etmişdir: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91). 
Məşhəd ziyarətinə gəlincə də Quranda və səhih hədislərdə Uca Allah Məşhədə yox, həccə getməyi əmr edib. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə nə Kərbəla, nə Məşhəd, nə Nəcəf, nə də Kufə ziyarətləri yox idi. Bu, dinə sonradan salınan bidətlətdəndir. Həcc ziyarətini isə Uca Allah Qurani-Kərimdə bizə bildirir: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). ​​​​​​​Həmçinin oxuyun:
İçki içməyin günahı 
Paylaş: