Qadın ətir vura bilərmi?

    28.04.2019
Kimdən: 
selma
Sual: 
salam qadın etir vura bilermi?
Cavab: 
Və aleykum Salam. Qadınlara məhrəmlərin yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən yad kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz. Musa əl-Əşarinin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir". (Sunən ət-Tirmizi "Ədəb", 35; Sunən Əbu Davud "Təraccul", 7).
Zeynəb əs-Səqafiyyə deyir ki, Rəsullah bizə dedi ki, sizlərdən biri məscidə getdiyi zaman ətir vurmasın. (Səhih Muslim, Sunən ən-Nəsai).
Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. Allah, o, tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz". (Sunən ən-Nəsai; Sunən Əbu Davud; Sunən ət-Tirmizi, İmam Əhməd "Musnəd" kitabı).
Əbu Hureyrənin (Allah ondan razı olsun) nəql etdiyinə görə peyğəmbərimiz buyurmuşdur: "Kişilərin vurduqları ətrin iyi (qoxu, rayihə) məlum olur amma rəngi olmur. Qadınların ətrinin isə rəngi olur amma iyi başqaları (kişilər) tərəfindən başa düşülməz olmalıdır". (Sunən ət-Tirmizi "Ədəb", 35).
Həmçinin İmran ibn Husayn (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu belə buyurub: "Kişilərə məxsus gözəl ətirlərin ən yaxşısı iyi açıq, rəngi gizli olandır. Qadınların ətirlərinin ən yaxşısı isə rəngi açıq olan, görünən və iyi ətrafa yayılmayandır". (Sunən ət-Tirmizi "Ədəb", 35). Həmçinin oxuyun:
Paylaş: