Lombarda borcu olan şəxs qurban kəsə bilərmi?
Sual:
Salam.lombarda erim bilmeden 100 manat borcum var ozum isleyirem rahatliqla verirem her ay faizini.onu odememis baglamamis qizima dediyim qurbani kese bileremi ve onun etinnen kimler yeye bilmez ve onu men haca qayaya demisem evde kessem olarmi Allah Rizasi icin hamsini etrafli cvbladirin cox sagolun
Cavab:
Və aleykum Salam. Kreditə borc götürmək haramdır, borcunuzu ödədikdən sonra tövbə edərək bir daha bu əmələ qayıtmayın. "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Muslim, 4177).
Bundan qat-qat böyük, Cəhənnəmə aparan günah isə Allahdan başqası (pir, ocaq, ölmüş saleh insan və s.) üçün qurban kəsməkdir. Uca Allah buyurur: "De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam, 162-163).

Hətta siz qurbanı Allaha üçün kəssəniz də, bu cür şirk əməllər olan yerlərdə qurban kəsmək haramdır və öz həyətinizdə kəsməlisiniz. Qurban ətindən də hər kəs yeyə bilər. Amma kasıblara, imkanı olmayanlara vermək daha yaxşıdır.
Həmçinin, niyyətin həyata keçməsini gözləyərək nəzir demək bəyənilmir, lakin nəzir deyilərsə, hansı yerə borcu olmasından asılı olmayaraq imkanı varsa, nəzirini yerinə yetirməlidir. Hətta imkanı olmazsa belə, imkanı yaranana qədər dediyi nəzirin vacibliyi onun boynundan düşməz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın". (Səhih əl-Buxari, 6696). Uca Allah buyurur:
"...Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 24).
"Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır". (əs-Saff, 2-3).
Nəzir etdiyiniz əməli yerinə yetirə bilmədiyiniz halda isə andın kəffarəsi kimi kəffarə verməlisiniz. Daha ətraflı:
Niyyət edib qurban kəsmək olarmı?