Yolda olduğum üçün sübh namazını vaxtından əvvəl qılmaq olarmı?
Salam aleykum. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103).
Vəziyyətdən asılı olmayaraq vaxtından qabaq qılınan namaz batildir. Bu namaz yenidən və vaxtında qılınmalıdır. Əgər vaxtı keçibsə gecikdirmədən qəzasını qılmaq lazımdır. Yalnız, zərurət hallarında və səfərdə Əsri Zöhr namazına, İşanı da Məğrib namazına birləşdirərək vaxtından əvvəl qılmağa icazə var. Sübh namazı hər bir halda öz vaxtında qılınmalıdır. Əgər sübh namazının vaxtı siz yolda olan ərəfəyə düşürsə, bu zaman minikdəsinizsə, minikdə, minikdə deyilsinizsə, imkan daxilində bir kənara çəkilib qılmaq lazımdır. Əgər gedəcəyiniz yerə çatana qədər sübhün vaxtı çıxmazsa, onda gedəcəyiniz yerə çatıb orada rahat şəkildə qıla bilərsiniz. Daha ətraflı: