Haqqına girdiyim insan dünyasını dəyişibsə, halallaşmaq üçün nə etməliyəm?

    28.04.2019
Kimdən: 
Nesrin
Sual: 
Salam.rehmete getmis adamdan nece halalliq almaq olar ,halalliq almasam bunun her iki dunyada (bu dunyada ve olenden sonra)cezasi varmi.2.namaz qilmadan olunan duani Allah qebul edermi.cavabiniz ucun onceden tesekkur edirem
Cavab: 
Və aleykum Salam.
1. Əvvəla qeyd edək ki, kiminsə haqqına girmək günahdır və qul haqqından sayılır. Odur ki, haqqına girdiyiniz insanların haqlarını bərpa etmək lazımdır. Bu əməllərdən tövbə ilə yanaşı haqlarına toxunduğunuz insanlardan halallıq almalısınız. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (Səhih əl-Buxari).
Bu mümkün olmadıqda isə səmimi qəlbdən tövbə etmək və onlar üçün Allaha xeyirli dualar etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğrudan da bütün əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır". (Səhih əl-Buxari və Səhih Muslim).
Tövbə etdikdən sonra onlar haqqında insanların yanında gözəl danışmaq, onların xeyirli əməllərini və ya xüsusiyyətlərini xatırlatmaq lazımdır. 
2. Namaz qılmayan insanın duası qəbul oluna bilər, lakin namaz qılmamaq ən böyük günah və Allaha asilik olduğuna görə duaların qəbul olmasına maneə yarada bilər. Həmçinin, namazın içində edilən dualar daha tez qəbul olunur. Ona görə də Uca Allaha dua edin ki, sizi namaz qılmağa müvəffəq etsin və tezliklə namaza başlayasınız. Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim?
Paylaş: