Xoşuma gələn oğlanın bizə elçi gəlməsi üçün necə dua edim?
Sual:
Allahin salami olsun. Men eslinde dindar xanimam. Yeqi ushaqliqdan Allahi taniyib zikr edirem. Amma din haqqinda tam emin olmadigim meseleler de var. Demek, mene elchi gelmisdi az evvel, men oglani tanimadigim ucun razi olmadim, yox dedim. Sonra ailem menden incidi, indi men raziyam, oglanla da gorduk bir-birimizi, indi de onlar mene elchi gelmir. Cox narahatam, ailem de ,men de. Hansi duani edim, ne edim?
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir dua yoxdur. Uca Allaha öz sözlərinizlə əgər xeyirlidirsə, həmin adamın sizə elçi gəlməsi üçün dua edə bilərsiniz və ümumən Allahdan xeyirli həyat yoldaşı istəyə bilərsiniz. Həmçinin, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) İstixarə namazını qılmağı buyurmuşdur. Daha ətraflı:
Duaların qəbul olması üçün nə etməliyik?
İstixarə namazı necə qılınır?