Ramazandan qalan qəza orucunu pozmağın kəffarəsi nədir?

    14.05.2019
Sual: 
Əssələmu aleykum. Ramazan ayından qalan qəza orucunu pozmağın kəffarəsi nədir?
Cavab: 
Va aleykum Salam. Əvvəla qeyd edək ki, heç bir zəruri və üzürlü səbəb olmadan vacib orucları qəza etmək olmaz. Həmçinin, qəza oruclarının kəffarəsi olmur. Kəffarə yalnız Ramazan ayında oruclu ikən cinsi əlaqə ilə pozulan oruclara aiddir. Lakin, istənilən halda üzərində qəza orucu olan bu orucu pozduqda, həmin orucun qəzasını başqa bir gündə yenidən qəza olaraq tutmalıdır. Bundan əlavə onun üzərinə başqa heç bir kəffarə yoxdur. Həmçinin oxuyun:
Paylaş: