İslama gəldikdən sonra keçmiş günahların bağışlanması yalnız kişilərə aiddir?

    27.03.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Menim 24 yashim var. Elhemdulilleh, Allahin izniyle ibadet edirem ve her namazin sonunda muselmanlar uchun xususende cihadda olan ve yaxudda qorxu, chetinlik ichinde olan, cahil insanlar terefinden eziyyet edilen mezlum olan butun muselmanlar ve heyvanlarin muhafizesi uchun Uca Allaha dua edirem. Allah Teala en gozel muhafize edendir. Chox xahiş edirem ki, bunu oxuyan her kes bunu etsin ve unutmasin. Chunki biz deyib-gulduyumuz halda bizim dualarimiza ehtiyaci olan insanlar ve heyvanlar vardir. Ve size esas sualim ise bundan ibaretdir. "Allahin izniyle yalnış anlashilmaz. Ve sizden chox xahish edirem ki, bu haqda etrafli melumat veresiz. Men indiye kimi chox diqqet yetirmishem ve bunu cahil birileri terefinden gorseydim mene bu qeder tesir etmezdi. Neden zina, qadin ve kishide eyni gunah kimi goturulsede, Allah qatinda qardashlar dine-imana gelenden sonra onlarin kechmishi silinir, yeni cahillik dovrleri. Chunki Allah bagishlayandir. Amma bunu heç qadinlara, yeni bacilara aid etmirler? Ne etdiyinden asili olmayaraq ozu uchun her terefli yaxshi birini layiq gorur, amma ozunun ne etdiyinden asili olmayaraq ozunu o baciya layiq gorur?" Bir daha salam aleykum. Bus ayti chox sevirem. Allah Sizden Razi Olsun!
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Sizin dediyiniz bu məsələ həm qadına, həm də kişiyə aiddir. İnsan İslama gəldikdən sonra onun keçmiş günahları bağlışlanır. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl Furqan, 70-71).
 

Paylaş: