Ərim çayçıda oturaraq evə gec gəlir, nə edim?
Və aleykum Salam. Qeyd etdiyiniz məsələnin Allahın sizi sevib-sevməməsi ilə bir əlaqəsi yoxdur. Müsəlman kişi ehtiyac olmadan evə gec gəlməməlidir, çünki həyat yoldaşına və uşaqlara vaxt ayırmaq kişinin məsul olduğu ailə vəzifələrindən biridir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Əmir himayədardır və o, öz rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, öz himayəsində olanlara cavabdehdir. Qadın ərinin evinə nəzarət edəndir və o, öz nəzarətində olanlara cavabdehdir. Xidmətçi ağasının malına nəzarət edəndir və o, buna cavabdehdir. Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir". (Səhih əl-Buxari, 893). Həmçinin, əgər kişinin evə gec gəlməsinə şəriətə müxalif olmayan zəruri səbəblər varsa, bu zaman daha yaxşı olar ki, bu barədə qabaqcadan həyat yoldaşının nigaran qalmaması üçün onu xəbərdar etsin. Həm siz, həm də sözünü eşidib dinlədiyi insanlar ona bu barədə nəsihət edin. Daha ətraflı:
Ərim mənimlə maraqlanmır, nə edim?
İslam fiqhi: Kişi və qadın haqları