İki müxtəlif qüsl almalı olan qadın bir qüslla hər ikisini əvəzləyə bilərmi?

    18.05.2019
Sual: 
Salam . Boynunda bir neçe qüsl olan şexs sadece 1ni niyet edib qüsl alsa diğerleri de aradan gedirmi
Cavab: 
Və aleykum Salam. Həm heyz həm də cənabət qüslu almalı olan qadının yalnız heyz qüslu niyyətilə bir qüsl alması kifayətdir. Niyyəti isə dil ilə tələffüz etmək olmaz, sadəcə qəlbinizdə heyz qüslu almaq məqsədinin olması artıq niyyət sayılır. Heyz qüsulunun cənabət (cinsi əlaqədən sonra) qüslundan fərqi odur ki, saçlar tam islanmalı və hörüklər varsa, açılaraq yuyulmalıdır. Cənabət qüslunda isə saç tam islanmasa da, başa üç dəfə su tökmək kifayətdir. Qüsl alandan sonra dəstəmaz almağa ehtiyac yoxdur, çünki qüsl dəstəmazı əvəz edir. Daha ətraflı:
Paylaş: