İmam Əlinin doğum tarixi nə zamandır?

    30.07.2019
Sual: 
Salam Aleykum, hz Ali r.a hansı ayda ve ayın neçesi doğulmuşdur? bu sualı vermeyime sebeb bezi insanların novruz bayramını qeyd etmek üçün bunu behane etdiklerini gördüm, yeni olar deyirdiler biz imam Alinin mövludunu qeyd edirik.
Cavab: 

Və aleykum Salam. Əvvəla onu deyək ki, Novruz İslami bayramlardan deyil. İslami bayramların da şəxslərin doğum tarixlərilə heç bir əlaqəsi yoxdur. Həmçinin, şəxslərin doğum tarixlərini də qeyd etmək dinimizdə buyurulmayıb.
Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) hansı tarixdə doğulmasına gəlincə isə, tarixi mənbələr İslamın bir çox tanınmış şəxsiyyətlərinin dəqiq doğum tarixləri barədə ixtilaf etmişdir. O şəxsiyyətlər arasında səhabələr (Allah onlardan razı olsun) də mövcuddur. Bu ixtilafın səbəbi isə indi olduğu kimi konkret təqvimin olmaması idi. Belə ki, İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayırdı, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Əbrəhənin Məkkəyə hücumu ilə yadda qalan "fil" ili ərəblərin başlanğıc tarixi hesab edilirdi. Sonrakı illəri "fil ilindən bir il sonra", "fil ilindən iki il sonra" və s. ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş verdiyi illəri təqvimin əvvəli kimi dəyərləndirirdilər. Həmçinin, o zamanlar müsəlmanların şəxslərin doğum tarixlərləri ilə maraqlanmaması da buna səbəb olub. İnsanların doğum tarixləri yazı ilə harasa qeyd olunaraq yox, sadəcə dildən-dilə gəzib dolaşardı. Yaxud hansısa məclislərdə insanların doğum tarixlərini müəyyən böyük tarixi hadisələrə bağlayaraq filankəs "fil ili"ndə yaxud filan ildə doğulub deyə şəxslərin doğum tarixlərindən yalnız bu kimi söhbət açılardı. Doğum tarixində ixtilaf olan səhabələrdən biri də Əli ibn Əbu Talibdir (Allah ondan razı olsun). Bəzi tarixçilər bildirmişlər ki, Əli (Allah ondan razı olsun) fil ilindən 30 il sonra, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) Məkkədən Mədinəyə hicrətindən 23 əvvəl doğulmuşdur. Bu da təxminən hiciri təqvimi ilə Rəcəb ayının 13-nə, miladi tarix ilə isə Mart ayının 17-i 599-600-cü illərə təsadüf edir. Vəfatı da təxminən hicri tarixin 40-cı ilinin Ramazan ayının 21-nə, miladilə də Yanvar ayının 27-i 661-ci ilə təsadüf edir. Həmçinin oxuyun:
Novruz bayramını qeyd etmək günahdırmı?
Əli ibn Əbu Talib haqqında

Teqlər: 
Paylaş: