Ölüm anında insan hansı hisləri keçirir və ölüm mələyi ona hansı şəkildə görünür?

    30.03.2014
Sual: 
Salam aleykum. Mene insanin ölum aninda nece hisler kechirtdiyi ve Əzrailin (aleyhissələm) insana ne shekilde görünmesi chox maraqlidir. Xahish edirem bunu mene sehih sübatlara dayanaraq etrafli izah edesiniz. Allah sizden razi olsun. Allah sizi cennetle mukafatlandirsin.
Cavab: 

Aleykum salam. İnsanın ölümü barəsində Qurani Kərimdə Uca Allah buyurur:
"Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi, (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!" (əl-Qiyamə, 26-30).
Quran ayələrində kafirlərin və zalımların ölümü barəsində isə belə deyilir: "...Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!" (əl-Ənam, 93).
"Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!" (ən-Nisa, 18).
"Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!" (əl-Mu'minun, 99).
"Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin". (əl-Munafiqun, 10).

Möminlərin ölümü barəsində isə belə deyilir: 
"Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!" (əl-Casiyə, 21).
 "Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!" (Fussilət, 30).
 Ölüm mələyi və köməkçi can alan mələklər isə ölüm anında əməli saleh insana gözəl şəkildə, kafir insana isə qorxunc şəkildə görünürlər. Uca Alalh buyurur: "And olsun (kafirlərin canını) zorla alanlara; And olsun (möminlərin canını) rahatlıqla alanlara; And olsun sürətlə üzənlərə; And olsun (bir-birini) ötdükcə ötənlərə; And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!" (ən-Naziat, 1-5). Daha ətraflı:
Can alan və sorğu-sual edən mələklər

Paylaş: