Hicab geyinməyimlə bağlı ətrafımdakı insanların sözləri məni ruhdan salır...

    26.07.2019
Sual: 
Salam Aleykum. Mən hicablıyam ama əhatəmdə hamı cahildi çox sıxırlar meni hicaba görə deyirlər yaxşı insanla ailə qura bilən deyilsən işsizin birinə ərə gedəcəksən filan şeytanda bir yandan vəsvəsə verir peşmançılıq çəkirəm deyirəm bağlamazdım ama sonra bu sözümə görə peşman oluram.istədiyim kimi biri ilə Ailə qurmaq üçün Allaha dua edirəm çox çətindi mənə tək. Men istəyirəm siz mənə məsləhət verəsiz mən öz hicabıma görə narahatlıq keçirməyim çox xahiş edirəm
Cavab: 
Və aleykum Salam. Siz təşvişə düşməyin və narahat olmayın, çünki siz doğru yoldasınız. Həmçinin belə insanlara fikir verməyin və çalışın belə insanlardan uzaq olasınız. Hicab Uca Allahın ağlı başında olan və həddi-büluğa çatmış hər bir müsəlman qadına olan əmridir. Allahın vacib buyurduğu şeyləri yerinə yetirmək istəyənlərə Allah Özü kömək olur. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur" (ət-Taləq, 2-3). Şübhə və qorxular isə şeytanın vəsvəsələridir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir" (əl-Bəqərə, 268). Odur ki, hicabı geyinən qadın yox, hicabı geyinməyən, hicab geyinənlərə tənə edən, şeytani fikirlərlə vəsvəsə verən və hicab geyinmədiklərinə görə müxtəlif bəhanələrlə özlərinə haqq qazandıran qadınlar narahat olsunlar. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: