İmkan olmadığı üçün güllü və bəzəkli paltarlar geyinirəm, bu günahdırmı?

    20.07.2019
Kimdən: 
Sabina
Sual: 
Əssalamu əleykum. Bu saytda əməyi keçən hər kəsdən Allah razı olsun. Sualım belədir: mən 4ildi hicaba keçmişəm ürəyim istəyən kimi geyinə bilmirəm çünki hicablı paltarin qiyməti od tutub yanır üzr istəyirəm 4 usaqim var 1 tək yoldaşım işləyir imkanım o paltarları almaqa icazə vermir və məndə adi yerlərdən alıb geyinməyə məcbur oluram ürəyimcə olmasada.. bəzən güllü olur donlar və buda bilirəm ki olmaz geyinərkən çox narahatlıq keçirirəm bu halda nə edə bilərəm?
Cavab: 
Və aleykum Salam. Allaha dua edirik ki, sizə xeyirli, halal ruzi yetirsin, keçirdiyiniz sıxıntılara görə isə sizə çoxlu mükafat versin və günahlarınızı bağışlasın. İstənilən rəngdə və hicab və donlar geyinmək olar. Əsas odur ki, geyim üz və əllərdən başqa hər yeri örtsün. Yaxşı olar ki, dar, şəffaf, düm ağ, qırmızı, sarı, çox zərli və ya bər-bəzəkli, diqqət çəkəcək görkəmdə olmasın. Həmçinin oxuyun: 
Paylaş: