əl-Kəhf surəsinin 80-ci ayəsindəki "qorxduq" sözü kimə aid edilir?

    17.07.2019
Kimdən: 
Məhəmməd
Sual: 
Salam aleykum qardaşım Kəhf surəsində Uca Allah belə buyurur Xızır (ə) uşağı öldürdükdən sonra dedi bu uşağın gələcəkdə ata anasını küfürə sürükləməsindən qorxduq bu ayədə qorxduq sözü nə mənadadır burada qorxan kimdir
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Xızır dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!" (əl-Kəhf, 78-82).

Abdurrahman ibn Nasir əs-Səədi ayənin təfsirində demişdir: "Ayədə Musa ilə Xızır arasında keçən hekayədə qorxduq sözü yəni, narahatçılıqdan dolayı ehtiyat etmək mənasındadır. Ayənin təfsirində deyilir ki, Xızır Musaya deyir ki, mənə Allah tərəfindən aşkar edilmişdi ki, əgər bu oğlan uşağı həddi-buluğa çatarsa, o, ata-ana məhəbbətindən və ya ona olan asılılıqdan istifadə edərək, öz mömin valideynlərini küfrə və haqsızlığa məcbur edəcəkdir. Belə olduqda mən onu öldürmək və onun mömin valideynlərinin imanını qorumaq qərarına gəldim. Məgər dünyada bundan da daha faydalı və şərəfli bir şey varmı?! Əlbəttə, oğlu itirmək onlar üçün böyük müsibətdir, lakin Allah onlara hökmən daha gözəl nəsil bəxş edər. Allah onlara təmiz qəlb sahibi olan və valideynlərinə hör­mət bəsləyən saleh övlad bəxş edər. Öldürülən uşağa gəldikdə isə, ona, kobud və tərbiyəsiz bir adam kimi böyümək nəsib olacaqdı və o, öz valideynlərini küfrə və günahkar olmağa məcbur edəcəkdi". (Mənbə: Abdurrahman ibn Nasir əs-Səədi "Müqəddəs Quranın Təfsiri", əl-Kəhf surəsinin izahı).

Teqlər: 
Paylaş: