Ərim hər dəfə mənə xəyanət edir, mən nə edim?

    20.07.2019
Kimdən: 
İlahe
Sual: 
Salam yoldashim mene XEYANET edir men ona neqeder etme desemde yenede edir.. men chox sixiliram agliyiram elimden hech ne gelmir men ne etmeliyem..? Menim aglamaqim yoldashim uçun gubahdimi..? Onun mene eTDiYi xeyanetin cezası varmi..? Onu chox SeViReM ama XEYANET edir men ne etmeliyem gunahdi etme desemde edir pis haldayam mene komek edin Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Şəriətə görə xəyanət etməyin cəzası həm bu dünyada, həm də axirətdə çox şiddətlidir. Xanımına xəyanət edən kişi böyük günah qazanır və xanımı gözü yaşlı qoyub haqqına girdiyi üçün qadın Qiyamət günü haqqını ondan tələb edə biləcək. Amma siz ailənizi qorumalı, təmkinli olmalı və şeytana uymamalısınız. Ona görə də, ərinizə bunun böyük günah olduğunu gözəl əxlaqla izah etməli, onu Allahdan qorxmağa və günahdan çəkinməyə çağırmalısınız. Bu zaman Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında Ondan kömək istəməlisiniz. Həmçinin, yoldaşınıza nəsihət edin və ona naməhrəmlə təmas qurmağın, zina etməyin ağır günah olduğunu, buna görə axirətdə şiddətli əzaba düçar olacağını bildirin, onu Allahdan qorxmağa və bu təhlükəli günahdan çəkinib tövbə etməyə çağırın. Daha ətraflı:
Zina və ondan necə qorunmaq haqqında  
Ərim mənimlə maraqlanmır, nə edim? 
Əri zina edən qadın nə etsin?
Qadın ona xəyanət edən əri ilə necə davranmalıdır?
Ərim mənə xəyanət edir, nə edim?

Teqlər: 
Paylaş: