əl-Ənfal surəsi Bədr döyüşündə nazil olmuşdur
Rəvayət edilir ki, Səid ibn Cubeyr (Allah ona rəhm etsin) demişdir: “Mən İbn Abbasdan (Allah ondan razı olsun) əl-Ənfal surəsi haqda soruşdum. O dedi: “Bu (əl-Ənfal surəsi) Bədrdə nazil olmuşdur.
əl-Buxari, 4278, 4645.
Rəvayət edilir ki, Səid ibn Cubeyr (Allah ona rəhm etsin) demişdir: “Mən İbn Abbasdan (Allah ondan razı olsun) ət-Tövbə surəsi haqda soruşdum. O dedi: “Tövbə surəsi rəziledici surədir. Bu surə “onlardan... onlardan...” deyərək nazil olmağa davam etdi, nəhayət münafiqlər elə zənn etdilər ki, bu surə onlardan hər birini rüsvay etməyincə, əl çəkməyəcək. Mən əl-Ənfal surəsi haqda soruşdum. O dedi: “Bu surə Bədr döyüşü barəsində nazil olmuşdur. Mən əl-Həşr surəsi haqda soruşdum. O dedi: “Bu surə Bəni Nədir qəbiləsi haqda nazil olmuşdur.
əl-Buxari, 4503, 4882; Muslim, 5359, 7743.