Əsəb xəstəliyi olan şəxs namaz qıla bilərmi?

    18.07.2019
Kimdən: 
A
Sual: 
Nevroz olan biri namaz qila bilermi ?
Cavab: 

Salam aleykum. Allaha dua edirik ki, xəstəliyi olan müsəlmanlara şəfa versin. Ağlı başında olan və həddi-büluğa çatan hər bir müsəlmana namaz qılmaq vacibdir. Namaz qılmaq, Allahı zikr etmək həmçinin qəlbin sakitləşməsinə səbəblərdəndir. Uca Allah buyurur: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28). Həmçinin, namazda və namazdan kənarda Quran oxumaq və Quran oxunmasına qulaq asmaq da möminlər üçün şəfadır. Uca Allah buyurur: "Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik". (əl-İsra, 82). Daha ətraflı:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Quranla müalicə 
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

Teqlər: 
Paylaş: