əl-Ənfal surəsi 19 - cu ayə
“Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir”
Rəvayət edilir ki, Abdullah ibn Sələbə ibn Suayr demişdir: “Bədr döyüşündən əvvəl Əbu Cəhl dedi: “Allahım! O (Peyğəmbər – sallallahu aleyhi və səlləm), bizi qohum-əqrəbamızla düşmən etdi, bizə dədə-babalarımızın bilmədiyi bir şeyi gətirdi. Sabah onu məhv et!” Uca Allah da bu ayəni nazil etdi: “Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar…” (əl-Ənfal, 19)”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 15847, 15923; ən-Nəsəi “Sunənul-Kubra” 11137, 11201. əl-Hakim, əz-Zəhəbi, Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.