əl-Ənfal surəsi 41 - ci ayə

    12.04.2019
 وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ 

 
Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.
 

عَنِ ابْنِ عَبَّاسٍ ، قَوْلُهُ : {يَسْأَلُونَكَ عَنِ الأَنْفَالِ ، قُلِ الأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ} قَالَ : الأَنْفَالُ : الْمَغَانِمُ كَانَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَالِصَةً لَيْسَ لِأَحَدٍ مِنْهَا شَيْءٌ ، مَا أَصَابَ سَرَايَا الْمُسْلِمِينَ مِنْ شَيْءٍ أَتَوْهُ بِهِ ، فَمَنْ حَبَسَ مِنْهُ إِبْرَةً أَوْ سِلْكًا فَهُوَ غُلُولٌ . فَسَأَلُوا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُعْطِيَهُمْ مِنْهَا ، قَالَ اللَّهُ : {يَسْأَلُونَكَ عَنِ الأَنْفَالِ قُلِ الأَنْفَالُ} لِي جَعَلْتُهَا لِرَسُولِي لَيْسَ لَكُمْ فِيهَا شَيْءٌ {فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ} ، ثُمَّ أَنْزَلَ اللَّهُ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ} ثُمَّ قُسِمَ ذَلِكَ الْخُمُسُ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلِمَنْ سُمِّيَ فِي الآيَةِ.

 
İbn Abbas (Allah ondan razı olsun) “Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir” ayəsi haqda belə demişdir: “Qənimətlər heç bir kimsəyə deyil, yalnız Allah Elçisinə - sallallahu aleyhi və səlləm - məxsus idi. Müsəlmanların dəstələri döyüşdə bir qənimət əldə etdikdə, ona gətirərdilər. Kim bir iynə və ya ip gizlədərdisə, xainlərdən sayılardı. Müsəlmanlar Allah Elçisinə - sallallahu aleyhi və səlləm - qənimətlərdən onlara da verilməsini xahiş etdilər. Allah buyurdu: “Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər…” – Mənə aiddir, Mən onu öz Elçimə verdim, o sizə məxsus deyildir. “Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin”, sonra Allah bu ayəni nazil etdi: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir (əl-Ənfal, 41). Bundan sonra qənimətlərin beşdə biri Allah Elçsinə - sallallahu aleyhi və səlləm - və ayədə qeyd edilən kəslərə paylanıldı”.
 
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 15667, 15741; İbn Əbu Hatim “Təfsir” 8766; əl-Beyhəqi “Sunənul-Kubra” 12498, 13094. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.