ət-Tövbə surəsi 19 - cu ayə

    15.04.2019
أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

 
Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz”
 

حَدَّثَنِي النُّعْمَانُ بْنُ بَشِيرٍ قَالَ كُنْتُ عِنْدَ مِنْبَرِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَجُلٌ مَا أُبَالِي أَنْ لَا أَعْمَلَ عَمَلًا بَعْدَ الْإِسْلَامِ إِلَّا أَنْ أُسْقِيَ الْحَاجَّ وَقَالَ آخَرُ مَا أُبَالِي أَنْ لَا أَعْمَلَ عَمَلًا بَعْدَ الْإِسْلَامِ إِلَّا أَنْ أَعْمُرَ الْمَسْجِدَ الْحَرَامَ وَقَالَ آخَرُ الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ أَفْضَلُ مِمَّا قُلْتُمْ فَزَجَرَهُمْ عُمَرُ وَقَالَ لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ عِنْدَ مِنْبَرِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَوْمُ الْجُمُعَةِ وَلَكِنْ إِذَا صَلَّيْتُ الْجُمُعَةَ دَخَلْتُ فَاسْتَفْتَيْتُهُ فِيمَا اخْتَلَفْتُمْ فِيهِ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ} الْآيَةَ إِلَى آخِرِهَا

 
Rəvayət edilir ki, Numən ibn Bəşir (Allah ondan razı olsun) demişdir: “Mən cümə günü Allah Elçisinin - sallallahu aleyhi və səlləm - minbərinin yanında olarkən bir kişi dedi: “Mən İslamın ərkanlarından sonra hacılara su paylamağı ən gözəl əməl hesab edirəm”. Di­gər bir kişi isə dedi: “Mənim üçün İslamın ərkanlarını yerinə yetirdikdən sonra ən gözəl əməl Məscidul-Haramı (Kəbəni) təmir etməkdir”. Üçüncü kişi isə: “Allah yolunda cihad sizin dediklərinizdən də (hacılara su paylamaqdan və Məscidul-Haramı təmir et­məkdən də) üstün sayı­lır”- dedikdə, Ömər (r.a) onları danlayıb dedi: “Allah Elçisinin - sallallahu aleyhi və səlləm -  minbərinin yanında səsini­zi qaldırmayın! Cümə namazını qılıb qurtardıqdan sonra mübahisə etdiyiniz mə­sələ barəsində soruşub cavabınızı alarsınız”. Uca Allah da bu ayəni nazil etdi: Doğrudanmı siz hacılara su verməyi və Məscidul-Haramı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz” (ət-Tövbə, 19)”.
 
Muslim, 3491, 4979; Əhməd, 18393, 18557; əl-Beyəqi “Sunənul-Kubra” 18271, 18960.