ət-Tövbə surəsi 75 – ci ayə

    16.04.2019
وَمِنْهُمْ مَنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِنْ فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ

 
“Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”- deyə Allaha əhd edənləri də vardır”
 

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، قَالَ : قَالَ عَبْدُ اللَّهِ : اعْتَبِرُوا الْمُنَافِقِينَ بِثَلاَثٍ : إِذَا حَدَّثَ كَذَبَ ، وَإِذَا وَعَدَ أَخْلَفَ ، وَإِذَا عَاهَدَ غَدَرَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ تَصْدِيقَ ذَلِكَ {وَمِنْهُمْ مَنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِنْ فَضْلِهِ لَنَصَّدَّقَنَّ} إِلَى آخِرِ الْآيَةِ

 
Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid demişdir: “Abdullah dedi: “Münafiqlərin üç xüsusiyyəti var; danışanda yalan danışar, vəd verdikdə sözündə durmaz, əhd bağladıqda əhdini pozar. Uca Allah bunun təsdiqini nazil etmişdir: “Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”- deyə Allaha əhd edənləri də vardır” (ət-Tövbə, 75)”.
 
Səid ibn Mənsur “Sunən” 1026; ət-Tabərani “Mucəmul-Kəbir” 8977. Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.