ət-Tövbə surəsi 65 - 66 – cı ayələr

    16.04.2019
وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ * لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ إِنْ نَعْفُ عَنْ طَائِفَةٍ مِنْكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ

 
Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik”
 

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ ، قَالَ : قَالَ رَجُلٌ فِي غَزْوَةِ تَبُوكَ فِي مَجْلِسٍ ، مَا رَأَيْنَا مِثْلَ قُرَّائِنَا هَؤُلاَءِ أَرْغَبَ بُطُونًا وَلاَ أَكْذَبَ أَلْسِنَةً وَلاَ أَجْبَنَ عِنْدَ اللِّقَاءِ ، فَقَالَ رَجُلٌ فِي الْمَجْلِسِ : كَذَبْتَ ، وَلَكِنَّكَ مُنَافِقٌ ، لَأُخْبِرَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَنَزَلَ الْقُرْآنُ ، قَالَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ : فَأَنَا رَأَيْتُهُ مُتَعَلِّقًا بِحَقَبِ نَاقَةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، تَنْكُبُهُ الْحِجَارَةُ ، وَهُوَ يَقُولُ : يَا رَسُولَ اللَّهِ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : {أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ لاَ تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ}.

 
Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Təbuk döyüşündə olarkən bir kişi məclisdə dedi: “Bizim aramızdakı qarilərdən acgöz, yalançı və döyüşdə qorxaq olan bir kimsə görmədim”. Bu zaman səhabələrdən biri dedi: “Yalan danışır­san! Sən münafiqsən! Bu haqda mütləq Allah Elçisinə - sallallahu aleyhi və səlləm - xəbər verəcəm". Bu xəbər Allah Elçisinə - sallallahu aleyhi və səlləm - çatdıqda ayə nazil oldu: “Abdullah ibn Ömər dedi: “Mən onu Allah Elçisinin - sallallahu aleyhi və səlləm - dəvəsinin yüyəninə sarılıb yalvararaq: “Ey Allahın El­çisi, biz ancaq söhbət edib zarafatlaşır, əylənir­dik!”- dediyini gördüm. Allah Elçisi - sallallahu aleyhi və səlləm - də ona bu ayəni oxudu:  “Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik” (ət-Tövbə, 65-66)”.
 
ət-Tabəri “Cəmiul-Bəyən” 16912, 16993; İbn Əbu Hatim “Təfsir” 10047; İbn Kəsir “Təfsir” 4/171; əş-Şəukani “Fəthul-Qadir” 3/280. Muqbil, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.