ət-Tövbə surəsi 58 – ci ayə

    15.04.2019
وَمِنْهُمْ مَنْ يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِنْ لَمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَ

 
“Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər”
 

عَنْ أَبِي سَعِيدٍ قَالَ بَيْنَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْسِمُ جَاءَ عَبْدُ اللَّهِ بْنُ ذِي الْخُوَيْصِرَةِ التَّمِيمِيُّ فَقَالَ اعْدِلْ يَا رَسُولَ اللَّهِ فَقَالَ وَيْلَكَ وَمَنْ يَعْدِلُ إِذَا لَمْ أَعْدِلْ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ دَعْنِي أَضْرِبْ عُنُقَهُ قَالَ دَعْهُ فَإِنَّ لَهُ أَصْحَابًا يَحْقِرُ أَحَدُكُمْ صَلَاتَهُ مَعَ صَلَاتِهِ وَصِيَامَهُ مَعَ صِيَامِهِ يَمْرُقُونَ مِنْ الدِّينِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنْ الرَّمِيَّةِ يُنْظَرُ فِي قُذَذِهِ فَلَا يُوجَدُ فِيهِ شَيْءٌ ثُمَّ يُنْظَرُ فِي نَصْلِهِ فَلَا يُوجَدُ فِيهِ شَيْءٌ ثُمَّ يُنْظَرُ فِي رِصَافِهِ فَلَا يُوجَدُ فِيهِ شَيْءٌ ثُمَّ يُنْظَرُ فِي نَضِيِّهِ فَلَا يُوجَدُ فِيهِ شَيْءٌ قَدْ سَبَقَ الْفَرْثَ وَالدَّمَ آيَتُهُمْ رَجُلٌ إِحْدَى يَدَيْهِ أَوْ قَالَ ثَدْيَيْهِ مِثْلُ ثَدْيِ الْمَرْأَةِ أَوْ قَالَ مِثْلُ الْبَضْعَةِ تَدَرْدَرُ يَخْرُجُونَ عَلَى حِينِ فُرْقَةٍ مِنْ النَّاسِ قَالَ أَبُو سَعِيدٍ أَشْهَدُ سَمِعْتُ مِنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَشْهَدُ أَنَّ عَلِيًّا قَتَلَهُمْ وَأَنَا مَعَهُ جِيءَ بِالرَّجُلِ عَلَى النَّعْتِ الَّذِي نَعَتَهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فَنَزَلَتْ فِيهِ {وَمِنْهُمْ مَنْ يَلْمِزُكَ فِي الصَّدَقَاتِ}

    
Rəvayət edilir ki, Əbu Səid əl Xudri (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər – sallallahu aleyhi və səlləm - qənimətləri bölərkən Ab­dullah ibn Zil-Xuveysira ət-Təmimi gəlib ona dedi: “Qənimətləri ədalətlə böl, ey Allahın Elçisi!” O dedi: “Vay sənin halına! Əgər mən ədalətlə bölmürəmsə, bəs onda kim ədalətlə bölə bilər?” Bu zaman Ömər ibn əl-Xəttab (Peyğəmbərə - sallallahu aleyhi və səlləm - müraciət edərək) dedi: “İzn ver onun boynunu vurum!”. Peyğəmbər – sallallahu aleyhi və səlləm - dedi: “Ona toxunma! Həqiqətən, onun tərəfdarları olacaq və sizlərdən biri onların ibadətlərinə nis­bətdə öz namazına və orucuna həqarətlə baxacaq.[1] Onlar, ox şikara bir tərəfdən daxil olub digər tərəfdən çıxdığı kimi dindən çıxacaqlar. O oxa baxdıqda, onun nə ucunda, nə gövdəsində, nə də arxasında ovun nə qanı, nə də başqa bir əlamə­ti görünməz. Onların əlamətləri bunlardır; əl ilə çi­yin və ya çiyinlə dirsək arasında olan əzələsi və ya sinəsi qadın sinəsinə bən­zər, ya­xud titrəyən, gedib-gələn ət parçası kimi olacaq. Onlar insanlar arasın­da ixtilaf olduğu zaman meydana çıxacaqlar”. Əbu Səid əl-Xudri dedi: “Mən bütün bunları Peyğəmbər­dən – sallallahu aleyhi və səlləm - eşitdiyimə və Əlinin (Allah ondan razı olsun) onları məhv etdiyi zaman onun yanında olduğuma şəhadət verirəm. O vaxt onlardan birini Əlinin yanına gətirdilər və mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm - vəsf etdiyi əlamətləri onun üzərində gördüm. Elə: “Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər” (ət-Tövbə, 58) ayəsi də onlar barəsində nazil olmuşdur”.
 
əl-Buxari, 6421, 6933; Muslim, 2505; Əhməd, 11537, 11554; İbn Hibban, 6741; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 16817, 16898.

 
[1] İbn Həcər (Allah ona rəhm etsin) demişdir: “Yəni, onlar siz­dən də çox namaz qılacaq və oruc tutacaq­lar. Onlar Quran oxu­yacaqlar, lakin oxuduqları Quran onların boğazların­dakı körpü­cük sümüklərindən o yana keçməyəcəkdir”. “Fəthul-Bari” 12/307; “Lisanul-Ərəb” 3/292.