ət-Tövbə surəsi 49 – cu ayə

    15.04.2019
وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ

 
“Onlardan eləsi də var ki: “Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!”- deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır”
 

عَنِ ابْنِ عَبَّاسٍ رَضِي اللَّهُ تَعَالَى عَنْهُمَا ، قَالَ : لَمَّا أَرَادَ أَرَادَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَزْوَةَ تَبُوكَ ، قَالَ لِجَدِّ بن قَيْسٍ : " هَلْ لَكَ فِي بناتِ الأَصْفَرِ " ، فَقَالَ : ائْذَنْ لِي وَلا تَفْتِنِّي ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلا تَفْتِنِّي} [التوبة : 49 ].

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Təbuk döyüşünə çıxmaq istədikdə, Cidd ibn Qeysə dedi: ”Rumluların qızları sənin üçün necədir?” O dedi: “Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!” Allah U də bu ayəni nazil etdi: “Onlardan eləsi də var ki: “Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!”- deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır” (ət-Tövbə, 49)”.
 
ət-Tabərani “Mucəmul-Kəbir” 2111, “Mucəmul-Əvsat” 5604; Əbu Nueym “əl-Məarifə” 1720. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.