ər-Rad surəsi 13 – cü ayə

    23.04.2019
وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ

 
“Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir
 

عَن أَنَسٍ ، قال : بعث رسول الله صلى الله عليه وسلم رجلا من أصحابه إلى رجل من عظماء الجاهلية يدعوه إلى الله تبارك وتعالى فقال : أيش ربك الذي تدعو إليه ؟ من نحاس هو ؟ من حديد هو ؟ من فضة هو ؟ من ذهب هو ؟ فأتى النبي صلى الله عليه وسلم فاخبره فأرسله إليه الثالثة فقال : مثل ذلك فأتى النبي صلى الله عليه وسلم فأخبره فأرسل الله تبارك وتعالى عليه صاعقة فأحرقته فقال رسول الله صلى الله عليه وسلم : إن الله تبارك وتعالى قد أرسل على صاحبك صاعقة فأحرقته فنزلت هذه الآية {وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ}

 
Rəvayət edilir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - səhabələrindən bir nə­fəri cahillərin başçılarının birinin yanına göndərdi ki, onu Uca Allahın dininə dəvət etsin. O dedi: “Məni dəvət etdiyin Rəbbin dəmirdəndir, yoxsa misdən? Bəlkə gümüşdən və ya qızıldandır?” Səhabə gəlib onun dediklərini bir daha Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xəbər verdi və o, yeni­dən səhabəni onun yanına göndərdi. Cahil yenə dediklərini təkrar etdi. Pey­ğəmbər - sallallahu aleyhi və səlləm - üçüncü dəfə səhabəni onun yanına göndərdi. Cahil bu dəfə də de­diklərini təkrar etdi. Səhabə gəlib onun dediklərini Peyğəmbərə - sallallahu aleyhi və səlləm - xəbər verdi və Uca Allah onu ildırımla vurub yandırdı. Allah Elçisi - sallallahu aleyhi və səlləm - dedi: “Həqiqətən, Uca Allah onu ildırımla vurub yandırdı”. Uca Allah da bu ayəni nazil etdi: “Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir(ər-Rad, 13)”.

 

əl-Bəzzər, 7007; İbn Əbu Asim “əs-Sunnə” 692; Əbu Yəalə “Musnəd” 3341. Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.