İbrahim surəsi 27 – ci ayə

    23.04.2019
يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ

 
“Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər”
 

عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ { يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ } قَالَ نَزَلَتْ فِي عَذَابِ الْقَبْرِ يُقَالُ لَهُ مَنْ رَبُّكَ فَيَقُولُ رَبِّيَ اللَّهُ وَدِينِي دِينُ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَلِكَ قَوْلُهُ { يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ }

 
Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu ayəni oxuduq­dan son­ra buyurdu: “Bu ayə qəbr əzabı barəsində nazil olmuş­dur. (Bərzəx həyatında[1]) ona deyiləcək: “Rəbbin kim­dir?” O deyə­cəkdir: “Rəbbim Allahdır, dinim də Məhəmmədin - sallallahu aleyhi və səlləm – dinidir”. Bu da: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (İbrahim, 27) ayəsində öz təsdi­qini tapmışdır”.
 
ən-Nəsəi, 2030, 2069; əl-Buxari, 1280, 1369; İbn Məcə, 4269. əl-Albani səhih olduğunu bildirmişdir.
 

عَنْ الْبَرَاءِ قَالَ { يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ } قَالَ نَزَلَتْ فِي عَذَابِ الْقَبْرِ

 
Bəra ibn Azib (Allah ondan razı olsun) “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (İbrahim, 27) ayəsini oxuduq­dan sonra demişdir: “Bu ayə qəbr əzabı ba­rəsində nazil olmuş­dur”.
    
 ən-Nəsəi, 2068, 2029.  əl-Albani səhi olduğunu bildirmişdir.

 
[1] Burada bərzəx deyildikdə dünya ilə axirət həyatı arasında mövcud olan həyat qəsd edilir. “ən-Nihayə” 1/118; “Lisanul-Ərəb” 3/8.