İbrahim surəsi 28 – 29 - cu ayələr
أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ * جَهَنَّمَ يَصْلَوْنَهَا وَبِئْسَ الْقَرَارُ
“Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yerdir”
عَنْ عَطَاءٍ سَمِعَ ابْنَ عَبَّاسٍ { أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَةَ اللَّهِ كُفْرًا } قَالَ هُمْ كُفَّارُ أَهْلِ مَكَّةَ
Ata rəvayət edir ki, İbn Abbasın (Allah ondan razı olsun) bu ayə haqda: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi?” (İbrahim, 28) belə dediyini eşitdim: “Onlar Məkkədən olan kafirlərdir”.
əl-Buxari, 4331, 4700.