əl-İsra surəsi 59 - cu ayə
“Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Məkkə əhli Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - tələb etdi ki, Səfa dağını onlar üçün qızıla çevirsin və digər dağları da kənarlaşdırsın ki, boş sahədə əkib-becərə bilsinlər. Peyğəmbərə - sallallahu aleyhi və səlləm - deyildi: “İstəyirsənsə, fikirləşib haqq yoluna qayıtmaq üçün onlara möhlət ver, istəyirsənsə də onların tələblərini yerinə yetir. Hərgah bundan sonra küfr etsələr, əvəlki həlak olmuş ümmətlər kimi onlar da həlak olacaqlar”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Xeyr! Əksinə, mən onlara möhlət vermək istəyirəm”. Uca Allah da bu ayəni nazil etdi: “Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk” (əl-İsra, 59)”.
Əhməd, 2333; əl-Bəzzər, 5036; əl-Hakim, 3379; ən-Nəsəi “Sunənul-Kubra” 11226, 11290. əl-Albani, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.