əl-Həcc surəsi 39 - cu ayə
”Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Məkkədən çıxdığı zaman Əbu Bəkr dedi: “Onlar Peyğəmbəri - sallallahu aleyhi və səlləm - öz yurdundan çıxartdılar. Biz Allahın bəndələriyik və Onun hüzuruna qayıdacağıq. Onlar mütləq həlak olacaqlar”. Uca Allah da bu ayəni nazil etdi: ”Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”- bu ayədən məlum oldu ki, döyüş olacaq”.
Əhməd, 1865; ət-Tirmiz, 3171, 3470; ən-Nəsəi, 3035, 3098, 3085; əl-Hakim, 4271; ət-Tabərani “Mucəmul-Kəbir” 12167. əl-Albani, Muqbil, Ali Nasr və əl-Hilali isnadının səhih olduğunu bildirmişlər.