əl-Həcc surəsi 19 - cu ayə

    26.04.2019
هَذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِنْ نَارٍ يُصَبُّ مِنْ فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ

 
“Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir”
 

 عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ - رضى الله عنه - قَالَ أَنَا أَوَّلُ مَنْ يَجْثُو بَيْنَ يَدَىِ الرَّحْمَنِ لِلْخُصُومَةِ يَوْمَ الْقِيَامَةِ . قَالَ قَيْسٌ وَفِيهِمْ نَزَلَتْ {هَذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِى رَبِّهِمْ} قَالَ هُمُ الَّذِينَ بَارَزُوا يَوْمَ بَدْرٍ عَلِىٌّ وَحَمْزَةُ وَعُبَيْدَةُ وَشَيْبَةُ بْنُ رَبِيعَةَ وَعُتْبَةُ بْنُ رَبِيعَةَ وَالْوَلِيدُ بْنُ عُتْبَةَ .

 
Əli (Allah ondan razı olsun) belə demişdir: “Qiyamət günü mən Rahmənin hüzurunda (müşriklərlə) mühakimə olmaq üçün ilk diz çökən kimsə olacağam”. Hədisin isnadında olan ravilərdən biri, Qeys belə demişdir: “Allahın “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir” (əl-Hicr, 19) - ayəsi Bədr döyüşündə mübari­zə aparan (bir-birilə təkbətək vuruşan) Əli, Həmzə, Ubeydə ibn əl-Haris, Şeybə ibn Rəbia, Utbə ibn Rəbia və Vəlid ibn Utbə barəsində nazil olmuşdur. (Belə ki, Həmzə Utbə ibn Rəbia ilə, Əli Şeybə ibn Rəbia ilə, Ubeydə ibn əl-Haris isə Vəlid ibn Utbə ilə təkbətək döyüşmüşdü. İbn Həcər “Fəthul-Bari” 7/347). 
 
əl-Buxari, 3965, 4744; İbn Kəsir “Təfsir” 5/405.
 

عَنْ أَبِى ذَرٍّ - رضى الله عنه - قَالَ نَزَلَتْ { هَذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِى رَبِّهِمْ } فِى سِتَّةٍ مِنْ قُرَيْشٍ عَلِىٍّ وَحَمْزَةَ وَعُبَيْدَةَ بْنِ الْحَارِثِ وَشَيْبَةَ بْنِ رَبِيعَةَ وَعُتْبَةَ بْنِ رَبِيعَةَ وَالْوَلِيدِ بْنِ عُتْبَةَ

 
Rəvayət edilir ki, Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir” (əl-Hicr, 19) - ayəsi Qureyş qəbiləsindən olan altı kişi - Əli, Həmzə, Ubeydə ibn əl-Haris, Şeybə ibn Rəbia, Utbə ibn Rəbia və Vəlid ibn Utbə - barəsində nazil ol­muşdur”.
 
əl-Buxari, 3966; Muslim, 3033.