Hz. Aişəyə atılan böhtan haqda - ən-Nur surəsi 11 – 22 – ci ayələr
“Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”- demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”- demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir”
Rəvayət edilir ki, Aişə (Allah onan razı olsun) demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt artıq hicab ayəsi nazil olmuşdu. (Bu səbəbdən də) məni kəcavənin içərisində apardılar. (Yol boyu lazım gəldikcə) məni kəcavə ilə birgə yerə endirirdilər. Səfərimiz beləcə davam etdi. Nəhayət, Peyğəmbər - sallallahu aleyhi və səlləm - döyüşü başa vurub geri qayıtdı. Biz Mədinəyə yaxın bir yerdə (dincəlmək üçün) dayandıq. Peyğəmbər - sallallahu aleyhi və səlləm - orada gecələməyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırlaşarkən Mən (təbii ehtiyacımı rəf etmək üçün təkbaşına su başına çıxdım və) qoşundan uzaqlaşdım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıtdıqda, yolda əlimi sinəmə toxundurub gördüm ki, Yəmən əqiqindən olan boyunbağım qırılıb düşüb. Mən geri qayıdıb onu axtarmağa başladım və bu səbəbdən də yolumdan qaldım. Bu əsnada, məni müşayiət edən əshabələr mənim kəcavənin içərisində olduğumu güman etdilər və onu götürüb mindiyim dəvənin üstünə qoydular. O zamanlar qadınlar az yedikləri üçün yüngül çəkili və incəbelli olurdular. Elə bu səbəbdən də məni müşayiət edənlər kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Beləcə, onlar dəvəni sürüb apardılar. Qoşun çıxıb getdikdən sonra mən boyunbağımı tapıb düşərgəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən onların məni yerimdə tapmadıqları üçün mütləq dönəcəklərini güman edib kəcavəmin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Həmin vaxt Səfvan ibn Muəttil əs-Suləmi əz-Zəkvani (qoşundan qalan əşyaları toplayıb sahiblərinə qaytarmaq üçün) qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gəlib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O, hicab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü (deyə dərhal məni tanıdı). Mən onun: “Biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq! - (İnnə lillahi və innə ileyhi raciun) deməsinə oyandım (və dərhal çarşabla üzümü örtdüm). O, dəvəsini yerə çökdürüb ayağını dəvənin qabaq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra (onun noxtasından) tutaraq sürüb apardı. Nəhayət, biz, şiddətli isti olduğundan çayın qırağında oturub dincini alan orduya yetişdik. Həmin vaxt bir çoxları (mənə iftira atmaqla) bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəstələndiyim zaman Peyğəmbərin - sallallahu aleyhi və səlləm - mənə göstərdiyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O, sadəcə olaraq yanıma gəlib salam verir və: “Vəziyyətin necədir?”– deyib çıxıb gedirdi. Mən sağalanadək bu şərdən xəbərim olmadı. Sağaldıqdan sonra mən Ummu Mistahla birgə əl-Mənasi deyilən bir yerə getdim. Bura bizim gecədən-gecəyə təbii ehtiyacımızı rəf etmək üçün gəldiyimiz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaqyolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Mən Ummu Mistah bint Əbu Ruhm ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi: “Məhv olsun Mistah!” Mən ona dedim: “Sənin dediyin necə də pisdir! Sən Bədr döyüşündə iştirak etmiş bir adamı söyürsən?!” Ummu Mistah: “Ay qız, məgər sən onların nə dediyini eşitməmisənmi?”– deyə soruşdu, sonra da iftiraçıların dediklərini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verdikdən sonra: “Vəziyyətin necədir?”– deyə soruşdu. Mən ona dedim: “İzn ver, valideynlərimin yanına gedim!” Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub-olmadığını valideynlərimdən öyrənib dəqiqləşdirim. Peyğəmbər - sallallahu aleyhi və səlləm - mənə izn verdi. Onda mən valideynlərimin yanına gəldim və anamdan: “Camaat nə danışır?”– deyə soruşdum. Anam dedi: “Qızım, özünü üzmə. Vallahi, çox nadir hallarda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ərin başqa zövcələri onun əleyhinə danışmasınlar.” Mən dedim: “Sübhanəllah! Demək, camaat bunu danışırmış.” Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayanmadı və bir anlıq belə yuxulaya bilmədim. Vəhyin nazil olması gecikirdi deyə Peyğəmbər - sallallahu aleyhi və səlləm - Əli ibn əbu Talibi və Usamə bin Zeydi zövcəsini tərk edib-etməməsi barədə məsləhət almaq üçün yanına dəvət etdi. Usaməyə gəlincə, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - mənim namuslu olduğumu və bizi ürəkdən sevdiyini bildirərək dedi: “Ya Rəsulullah, sənin əhli-əyalın barəsində zərrə qədər də pis bir şey eşitməmişəm!” Əli ibn əbu Talibin cavabı isə belə oldu: “Ya Rəsulullah, Allah sənə (bu xüsusda) heç bir hədd qoymamışdır; ondan başqa nə çox qadın var. Sən Aişənin xidmətçisindən soruş, o sənə düzünü deyər.” Peyğəmbər - sallallahu aleyhi və səlləm - (Aişənin xidmətçisi) Bərirəni çağırıb soruşdu: “Ey Bərirə, onda səni şübhələndirəcək bir şey görmüsənmi?” Bərirə dedi: “Xeyr! Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qınayardım. Yalnız onu deyə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğurduğum xəmiri qorumağı ona tapşırdıqda o yatar və qoyun gəlib xəmiri yeyərdi.” Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzrxahlıq istəsin deyə, həmin gün Peyğəmbər r minbərə qalxıb dedi: “(Ey müsəlmanlar!) Kim mənim zövcəmə əziyyət verən adamın ittihamlarını rədd edib zövcəmə bəraət qazandıra bilər? Vallahi, mən zövcəmdən xeyirdən başqa bir şey görməmişəm. Eləcə də ittiham olunan kişinin (Səfvan ibn Müəttilin) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil olmayıb.” Bu vaxt Səd ibn Muaz ayağa qalxıb dedi: “Ya Rəsulullah, vallahi ki, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər ittiham edən şəxs Ovs qəbiləsindəndirsə, biz onun boynunu vurarıq, yox əgər qardaşlarımız olan Xəzrəc qəbiləsindəndirsə əmr et, sənin əmrini yerinə yetirək.” Bu vaxt Xəzrəc qəbiləsinin başçısı Səd ibn Ubadə dedi: “Vallahi, sən yalan danışdın! Sən onu nə öldürənsən, nə də öldürməyə qadirsən!” O, əməlisaleh adam idi, lakin buna rəğmən tayfabazlıq etdi. Bu sözdən sonra (Səd ibn Muazın əmisi oğlu) Useyd ibn Xudeyr qalxıb (Səd ibn Ubadəyə) dedi: “Vallahi, sən yalan danışdın! Biz onu mütləq öldürərik. Həqiqətən də, sən münafiqsən və münafiqləri müdafiə edirsən”. Beləliklə, Xəzrəc və Ovs qəbilələri arasında elə bir çaxnaşma düşdü ki, az qala bir-birlərini öldürəcəkdilər. Bu vaxt Peyğəmbər r minbərdə idi. O, dərhal minbərdən enib onları sakitləşdirdi və özü də susdu. Mən daha bir gün dayanmadan ağladım və bütün gecəni oyaq qaldım. Səhərisi gün valideynlərim mənim bir gün yarım dayanmadan ağladığımın şahidi olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mənim yanımda ikən, ənsar qadınlarından biri mənim yanıma gəlmək üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər r içəri daxil oldu və (salam verib) oturdu. Bu söz-söhbət başlanandan bəri o mənim yanımda oturmamışdı. Bir ay keçməsinə baxmayaraq, mənim barəmdə heç bir ayə nazil olmamışdı. O, şəhadət gətirdikdən sonra dedi: “Ey Aişə, sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günahkar deyilsənsə, Allah səni təmizə çıxardacaq. Yox, əgər günah iş görmüsənsə, Allahdan bağışlanma dilə, tövbə et! Həqiqətən, əgər bəndə öz günahını etiraf edib tövbə edərsə, Allah onun tövbəsini qəbul edər.” Peyğəmbər r sözünü qurtardıqdan sonra mənim göz yaşım kəsildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: “Allahın elçisinə r cavab ver!”– dedim. O dedi: “Vallahi, Mən bilmirəm, Allahın elçisinə r nə deyim.” Sonra mən anama: “Allahın elçisinə r cavab ver”– dedim. O dedi: “Vallahi, mən bilmirəm, Allahın elçisinə r nə deyim.” Mən az yaşlı qız uşağı olduğum üçün, Qurandan çox dəlil-sübut bilmədiyimə görə dedim: “Vallahi, hər şey mənə bəlli oldu. Siz insanların danışdıqları bütün bu söhbətləri eşitdiniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız olduğumu desəm, – Allah da bilir ki, həqiqətən, mən günahsızam, – siz mənə inanmayacaqsınız. Yox əgər günahkar olduğumu etiraf etsəm, – Allah da bilir ki, mən o günahdan uzağam, – siz buna inanacaqsınız. Vallahi, mən həm özümə, həm də sizə ancaq Yusufun atası Yaqubun dediyini misal çəkə bilərəm. Bir zaman o belə demişdir: “Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır“ (Yusuf, 18).
(Bunları deyəndən) sonra mən gedib yerimə uzandım. Mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Lakin, vallahi, mən heç vaxt inanmazdım ki, Allah mənim günahsız olduğum barədə vəhy nazil edəcək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bilmirdim. Mən ümid edirdim ki, Allahın elçisi r mənə bəraət qazandıracaq bir yuxu görəcək. Vallahi, Rəsulullah r heç yerindən qalxmamış və ev əhlindən də hələ bir kəs çolə çıxmamış ona vəhy nazil oldu. O, hər dəfə vəhy nazil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirdi və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla tər tökülməyə başladı. Vəhy nazil olduqdan sonra o güldü. Mənə dediyi ilk söz isə bu oldu: “Ey Aişə, Allaha həmd et! Allah səni təmizə çıxartdı.” Anam mənə dedi: “Qızım, qalx Allahın elçisinə r (təşəkkür et)!” Mən dedim: “Vallahi, mən nə ona təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!” Uca Allah da bu ayələri nazil etdi: “Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir...” (ən-Nur, 11-21).
Allah mənə bəraət qazandıran bu ayələri nazil etdikdən sonra, qohumluq əlaqələri xatirinə və kasıb olduğuna görə, öz malından Mistah bin Usasəyə xərcləyən Əbu Bəkr əs-Siddiq dedi: “Vallahi, Mistah Aişə barəsində belə dedikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm”. Uca Allah da bu ayəni nazil etdi: “Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir” (ən-Nur, 22).
Əbu Bəkr dedi: “Xeyr, vallahi, mən istəyirəm ki, Allah məni bağışlasın!” O, yenə də malından xərcləməyinə davam etdi (və dedi: “Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!)”
Allahın Elçisi - sallallahu aleyhi və səlləm - Zeynəb bint Cəhşdən mənim barəmdə soruşub dedi: “Ey Zeynəb, sən nə deyə bilirsən, nə görmüsən?” O dedi: “Ey Allahın elçisi, mən gözümü, qulağımı (görmədiyim və eşitmədiyim şeylərdən) qoruyuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm”.
Bu həmin Zeynəbdir ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - zövcələri arasında gözəlliyi və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin bunun pis aqibətindən qorxduğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu”.
əl-Buxari, 2467, 2661, 7500; Muslim, 2770, 4974.
عَنْ حَدِيثِ عَائِشَةَ - رضى الله عنها - زَوْجِ النَّبِىِّ - صلى الله عليه وسلم - حِينَ قَالَ لَهَا أَهْلُ الإِفْكِ مَا قَالُوا ، فَبَرَّأَهَا اللَّهُ مِمَّا قَالُوا وَكُلٌّ حَدَّثَنِى طَائِفَةً مِنَ الْحَدِيثِ ، وَبَعْضُ حَدِيثِهِمْ يُصَدِّقُ بَعْضًا ، وَإِنْ كَانَ بَعْضُهُمْ أَوْعَى لَهُ مِنْ بَعْضٍ الَّذِى حَدَّثَنِى عُرْوَةُ عَنْ عَائِشَةَ - رضى الله عنها - أَنَّ عَائِشَةَ - رضى الله عنها - زَوْجَ النَّبِىِّ - صلى الله عليه وسلم - قَالَتْ كَانَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - إِذَا أَرَادَ أَنْ يَخْرُجَ أَقْرَعَ بَيْنَ أَزْوَاجِهِ ، فَأَيَّتُهُنَّ خَرَجَ سَهْمُهَا خَرَجَ بِهَا رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - مَعَهُ ، قَالَتْ عَائِشَةُ فَأَقْرَعَ بَيْنَنَا فِى غَزْوَةٍ غَزَاهَا ، فَخَرَجَ سَهْمِى ، فَخَرَجْتُ مَعَ رَسُولِ اللَّهِ - صلى الله عليه وسلم - بَعْدَ مَا نَزَلَ الْحِجَابُ ، فَأَنَا أُحْمَلُ فِى هَوْدَجِى وَأُنْزَلُ فِيهِ فَسِرْنَا حَتَّى إِذَا فَرَغَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - مِنْ غَزْوَتِهِ تِلْكَ وَقَفَلَ ، وَدَنَوْنَا مِنَ الْمَدِينَةِ قَافِلِينَ آذَنَ لَيْلَةً بِالرَّحِيلِ ، فَقُمْتُ حِينَ آذَنُوا بِالرَّحِيلِ ، فَمَشَيْتُ حَتَّى جَاوَزْتُ الْجَيْشَ ، فَلَمَّا قَضَيْتُ شَأْنِى أَقْبَلْتُ إِلَى رَحْلِى ، فَإِذَا عِقْدٌ لِى مِنْ جَزْعِ ظَفَارِ قَدِ انْقَطَعَ فَالْتَمَسْتُ عِقْدِى وَحَبَسَنِى ابْتِغَاؤُهُ وَأَقْبَلَ الرَّهْطُ الَّذِينَ كَانُوا يَرْحَلُونَ لِى ، فَاحْتَمَلُوا هَوْدَجِى ، فَرَحَلُوهُ عَلَى بَعِيرِى الَّذِى كُنْتُ رَكِبْتُ ، وَهُمْ يَحْسِبُونَ أَنِّى فِيهِ ، وَكَانَ النِّسَاءُ إِذْ ذَاكَ خِفَافًا لَمْ يُثْقِلْهُنَّ اللَّحْمُ ، إِنَّمَا تَأْكُلُ الْعُلْقَةَ مِنَ الطَّعَامِ فَلَمْ يَسْتَنْكِرِ الْقَوْمُ خِفَّةَ الْهَوْدَجِ حِينَ رَفَعُوهُ ، وَكُنْتُ جَارِيَةً حَدِيثَةَ السِّنِّ ، فَبَعَثُوا الْجَمَلَ وَسَارُوا ، فَوَجَدْتُ عِقْدِى بَعْدَ مَا اسْتَمَرَّ الْجَيْشُ ، فَجِئْتُ مَنَازِلَهُمْ ، وَلَيْسَ بِهَا دَاعٍ وَلاَ مُجِيبٌ ، فَأَمَمْتُ مَنْزِلِى الَّذِى كُنْتُ بِهِ وَظَنَنْتُ أَنَّهُمْ سَيَفْقِدُونِى فَيَرْجِعُونَ إِلَىَّ فَبَيْنَا أَنَا جَالِسَةٌ فِى مَنْزِلِى غَلَبَتْنِى عَيْنِى فَنِمْتُ ، وَكَانَ صَفْوَانُ بْنُ الْمُعَطَّلِ السُّلَمِىُّ ثُمَّ الذَّكْوَانِىُّ مِنْ وَرَاءِ الْجَيْشِ ، فَأَدْلَجَ فَأَصْبَحَ عِنْدَ مَنْزِلِى ، فَرَأَى سَوَادَ إِنْسَانٍ نَائِمٍ ، فَأَتَانِى فَعَرَفَنِى حِينَ رَآنِى ، وَكَانَ يَرَانِى قَبْلَ الْحِجَابِ ، فَاسْتَيْقَظْتُ بِاسْتِرْجَاعِهِ حِينَ عَرَفَنِى فَخَمَّرْتُ وَجْهِى بِجِلْبَابِى ، وَاللَّهِ مَا كَلَّمَنِى كَلِمَةً وَلاَ سَمِعْتُ مِنْهُ كَلِمَةً غَيْرَ اسْتِرْجَاعِهِ ، حَتَّى أَنَاخَ رَاحِلَتَهُ فَوَطِئَ عَلَى يَدَيْهَا فَرَكِبْتُهَا فَانْطَلَقَ يَقُودُ بِى الرَّاحِلَةَ حَتَّى أَتَيْنَا الْجَيْشَ ، بَعْدَ مَا نَزَلُوا مُوغِرِينَ فِى نَحْرِ الظَّهِيرَةِ ، فَهَلَكَ مَنْ هَلَكَ ، وَكَانَ الَّذِى تَوَلَّى الإِفْكَ عَبْدَ اللَّهِ بْنَ أُبَىٍّ ابْنَ سَلُولَ فَقَدِمْنَا الْمَدِينَةَ ، فَاشْتَكَيْتُ حِينَ قَدِمْتُ شَهْرًا ، وَالنَّاسُ يُفِيضُونَ فِى قَوْلِ أَصْحَابِ الإِفْكِ ، لاَ أَشْعُرُ بِشَىْءٍ مِنْ ذَلِكَ ، وَهْوَ يَرِيبُنِى فِى وَجَعِى أَنِّى لاَ أَعْرِفُ مِنْ رَسُولِ اللَّهِ - صلى الله عليه وسلم - اللَّطَفَ الَّذِى كُنْتُ أَرَى مِنْهُ حِينَ أَشْتَكِى ، إِنَّمَا يَدْخُلُ عَلَىَّ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - فَيُسَلِّمُ ثُمَّ يَقُولُ « كَيْفَ تِيكُمْ » . ثُمَّ يَنْصَرِفُ ، فَذَاكَ الَّذِى يَرِيبُنِى ، وَلاَ أَشْعُرُ حَتَّى خَرَجْتُ بَعْدَ مَا نَقَهْتُ ، فَخَرَجَتْ مَعِى أُمُّ مِسْطَحٍ قِبَلَ الْمَنَاصِعِ ، وَهْوَ مُتَبَرَّزُنَا ، وَكُنَّا لاَ نَخْرُجُ إِلاَّ لَيْلاً إِلَى لَيْلٍ ، وَذَلِكَ قَبْلَ أَنْ نَتَّخِذَ الْكُنُفَ قَرِيبًا مِنْ بُيُوتِنَا ، وَأَمْرُنَا أَمْرُ الْعَرَبِ الأُوَلِ فِى التَّبَرُّزِ قِبَلَ الْغَائِطِ ، فَكُنَّا نَتَأَذَّى بِالْكُنُفِ أَنْ نَتَّخِذَهَا عِنْدَ بُيُوتِنَا فَانْطَلَقْتُ أَنَا وَأُمُّ مِسْطَحٍ ، وَهْىَ ابْنَةُ أَبِى رُهْمِ بْنِ عَبْدِ مَنَافٍ ، وَأُمُّهَا بِنْتُ صَخْرِ بْنِ عَامِرٍ خَالَةُ أَبِى بَكْرٍ الصِّدِّيقِ ، وَابْنُهَا مِسْطَحُ بْنُ أُثَاثَةَ ، فَأَقْبَلْتُ أَنَا وَأُمُّ مِسْطَحٍ قِبَلَ بَيْتِى ، قَدْ فَرَغْنَا مِنْ شَأْنِنَا ، فَعَثَرَتْ أُمُّ مِسْطَحٍ فِى مِرْطِهَا فَقَالَتْ تَعِسَ مِسْطَحٌ . فَقُلْتُ لَهَا بِئْسَ مَا قُلْتِ أَتَسُبِّينَ رَجُلاً شَهِدَ بَدْرًا قَالَتْ أَىْ هَنْتَاهُ ، أَوَلَمْ تَسْمَعِى مَا قَالَ قَالَتْ قُلْتُ وَمَا قَالَ فَأَخْبَرَتْنِى بِقَوْلِ أَهْلِ الإِفْكِ فَازْدَدْتُ مَرَضًا عَلَى مَرَضِى ، فَلَمَّا رَجَعْتُ إِلَى بَيْتِى وَدَخَلَ عَلَىَّ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - تَعْنِى سَلَّمَ ثُمَّ قَالَ « كَيْفَ تِيكُمْ » . فَقُلْتُ أَتَأْذَنُ لِى أَنْ آتِىَ أَبَوَىَّ قَالَتْ وَأَنَا حِينَئِذٍ أُرِيدُ أَنْ أَسْتَيْقِنَ الْخَبَرَ مِنْ قِبَلِهِمَا ، قَالَتْ فَأَذِنَ لِى رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - فَجِئْتُ أَبَوَىَّ فَقُلْتُ لأُمِّى يَا أُمَّتَاهْ ، مَا يَتَحَدَّثُ النَّاسُ قَالَتْ يَا بُنَيَّةُ ، هَوِّنِى عَلَيْكَ فَوَاللَّهِ ، لَقَلَّمَا كَانَتِ امْرَأَةٌ قَطُّ وَضِيئَةً عِنْدَ رَجُلٍ يُحِبُّهَا وَلَهَا ضَرَائِرُ إِلاَّ كَثَّرْنَ عَلَيْهَا . قَالَتْ فَقُلْتُ سُبْحَانَ اللَّهِ وَلَقَدْ تَحَدَّثَ النَّاسُ بِهَذَا قَالَتْ فَبَكَيْتُ تِلْكَ اللَّيْلَةَ حَتَّى أَصْبَحْتُ لاَ يَرْقَأُ لِى دَمْعٌ ، وَلاَ أَكْتَحِلُ بِنَوْمٍ حَتَّى أَصْبَحْتُ أَبْكِى فَدَعَا رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - عَلِىَّ بْنَ أَبِى طَالِبٍ ، وَأُسَامَةَ بْنَ زَيْدٍ - رضى الله عنهما - حِينَ اسْتَلْبَثَ الْوَحْىُ ، يَسْتَأْمِرُهُمَا فِى فِرَاقِ أَهْلِهِ ، قَالَتْ فَأَمَّا أُسَامَةُ بْنُ زَيْدٍ فَأَشَارَ عَلَى رَسُولِ اللَّهِ - صلى الله عليه وسلم - بِالَّذِى يَعْلَمُ مِنْ بَرَاءَةِ أَهْلِهِ ، وَبِالَّذِى يَعْلَمُ لَهُمْ فِى نَفْسِهِ مِنَ الْوُدِّ ، فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أَهْلَكَ ، وَمَا نَعْلَمُ إِلاَّ خَيْرًا ، وَأَمَّا عَلِىُّ بْنُ أَبِى طَالِبٍ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، لَمْ يُضَيِّقِ اللَّهُ عَلَيْكَ وَالنِّسَاءُ سِوَاهَا كَثِيرٌ ، وَإِنْ تَسْأَلِ الْجَارِيَةَ تَصْدُقْكَ ، قَالَتْ فَدَعَا رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - بَرِيرَةَ فَقَالَ « أَىْ بَرِيرَةُ ، هَلْ رَأَيْتِ عَلَيْهَا مِنْ شَىْءٍ يَرِيبُكِ » . قَالَتْ بَرِيرَةُ لاَ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ ، إِنْ رَأَيْتُ عَلَيْهَا أَمْرًا أَغْمِصُهُ عَلَيْهَا أَكْثَرَ مِنْ أَنَّهَا جَارِيَةٌ حَدِيثَةُ السِّنِّ ، تَنَامُ عَنْ عَجِينِ أَهْلِهَا ، فَتَأْتِى الدَّاجِنُ فَتَأْكُلُهُ فَقَامَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - فَاسْتَعْذَرَ يَوْمَئِذٍ مِنْ عَبْدِ اللَّهِ بْنِ أُبَىٍّ ابْنِ سَلُولَ ، قَالَتْ ، فَقَالَ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - وَهْوَ عَلَى الْمِنْبَرِ « يَا مَعْشَرَ الْمُسْلِمِينَ مَنْ يَعْذِرُنِى مِنْ رَجُلٍ ، قَدْ بَلَغَنِى أَذَاهُ فِى أَهْلِ بَيْتِى ، فَوَاللَّهِ مَا عَلِمْتُ عَلَى أَهْلِى إِلاَّ خَيْرًا ، وَلَقَدْ ذَكَرُوا رَجُلاً ، مَا عَلِمْتُ عَلَيْهِ إِلاَّ خَيْرًا ، وَمَا كَانَ يَدْخُلُ عَلَى أَهْلِى إِلاَّ مَعِى » .
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - səfərə çıxmağa hazırlaşdıqda zövcələri arasında püşk atardı. Püşk kimə düşsəydi onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Bu vaxt artıq hicab ayəsi nazil olduğundan məni kəcavənin içərisində apardılar. Səfər biz döyüşü başa vurub geri dönənə qədər davam etdi. Biz Mədinəyə qayıtdıqda ona yaxın bir yerdə [dincəlmək üçün] dayandıq. Peyğəmbər - sallallahu aleyhi və səlləm - orada gecələməyib səfərə çıxmağı əmr etdi. Mən [zəruri ehtiyacımı ödəmək üçün təkbaşına] qoşundan uzaqlaşmışdım. Ehtiyacımı ödəyib geri qayıtdıqda yolda əlimi sinəmə toxundurub Yəmən muncuğundan olan boyunbağımın qırılıb düşdüyünü gördüm və onu axtarmaq üçün yenidən geri qayıtdım. Elə onu axtarmaq da məni yoldan saxladı. Kəcavəni aparanlar mənim onun içərisində olduğumu güman edərək onu götürüb dəvənin üstünə qoydular. O zamanlar qadınlar az yedikləri üçün yüngül çəkili olurdular və elə bu səbəbdən də onlar kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etmədilər. Mən o zamanlar çox gənc idim və onlar beləcə dəvəni sürüb apardılar.
Boyunbağını tapıb geri qayıtdıqda qoşun artıq çıxıb getmiş, orada nə bir çağıran, nə də bir cavab verən qalmışdı. Mən onların məni yerimdə tapmadıqları üçün mütləq dönəcəklərini güman edərək kəcavənin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Bu vaxt Səfvan ibn Muattil əs-Suləmi əz-Zəkvani (qoşundan qalan əşyaları toplayıb sahiblərinə qaytarmaq üçün) qoşunun ardı ilə gəlirdi. O mən olan yerə səhərə yaxın gəlib çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O hicab ayəsi nazil olmamışdan öncə məni gördüyü üçün dərhal məni tanıdı. Mən onun istirca ("İnna lilləhi və inna ileyhi raciun!- demək. Yəni, biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq!) etməsinə oyandım və çarşabla üzümü örtdüm. O mənə heç bir söz demədi və mən də ondan istircadan başqa bir kəlmə də eşitmədim. O dəvəsini diz çökdürdü və mən ona mindikdən sonra (üzəngisindən) tutaraq sürüb apardı. Nəhayət biz şiddətli isti olduğundan çayın qırağında oturmuş orduya yetişdik. Bu zaman bir çoxları (mənə iftira atmaqla) həlak oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədinəyə çatdıqdan sonra bir ay xəstə oldum. Bu andan camaat böhtan atanların söz-söhbətlərini müzakirə edir, mən isə bütün bunlardan xəbərsiz idim. Həmişə xəstələndiyim zaman Peyğəmbərin - sallallahu aleyhi və səlləm - mənə göstərdiyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O - sallallahu aleyhi və səlləm - sadəcə olaraq yanıma gəlir, salam verib "vəziyyətin necədir?"- deyir və gedirdi. Bütün bunlar məni şübhələndirsə də mənə yönələn şərdən xəbərim yox idi.
Sağaldıqdan sonra Ummu Mistahla birgə Mədinənin kənarında olan bir yerə getmək üçün evdən çıxdım. Bura bizim gecədən-gecəyə zəruri ehtiyaclarımızı ödəmək üçün gəldiyimiz yerlər idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaqyolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Ummu Mistahın atası Əbu Ruhm bin Abdumənaf, anası Əbu Bəkrin xalası Raita bint Səxr bin Amir, oğlu isə Mistah ibn Usasədir. Biz birgə evə yaxınlaşdıqda onun ayağı əbasına ilişdi və: "Mistah həlak olsun!"- dedi. Mən ona dedim: "Sənin dediyin necə də pisdir! Bədr döyüşündə iştirak etmiş bir kimsəni söyürsən?!" O dedi: "Ey qafil! Məgər sən onun nə dediyini eşitməmisən?" Mən: "O nə deyib ki?"- deyə soruşdum və o da iftiraçıların mənim haqqımda dediklərini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - yenə mənim yanıma gəldi. O əvvəlki tək salam verib əhvalımı soruşdu. Mən ondan valideynlərimin yanına getməyə izn istədim, o da etiraz etmədi. Mənim niyyətim bu xəbərin doğru olub-olmadığını valideynlərimdən dəqiqləşdirib əmin olmaq idi. Valideynlərimin yanına getdim və anama: "Anacan camaat nə danışır?"- dedim. O dedi: "Qızım özünü üzmə (öz sağlığını düşün) çox nadir hallarda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ortaqları (ərin başqa zövcələri) onun əleyhinə danışmasınlar". Mən: "Sübhən-Allah! Demək insanlar bunu danışırlarmış"- dedim. Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayanmadı və bir anlıq belə yuxulaya bilmədim.
Vəhy nazil olması gecikdiyi üçün Peyğəmbər - sallallahu aleyhi və səlləm - Əli ibn əbu Talibi və Usamə bin Zeydi zövcəsini tərk edib-etməməsi barədə məsləhət almaq üçün yanına dəvət etdi. Usamə bin Zeyd Peyğəmbərə - sallallahu aleyhi və səlləm - mənim namuslu olduğumu və bizi ürəkdən istədiyini bildirərək dedi: "Ey Allahın Elçisi! Mən onun barəsində zərrə qədər də pis bir şey eşitməmişəm!" Əli ibn əbu Talibin cavabı isə belə oldu: "Allah sənə heç bir hədd qoymayıb. Ondan başqa nə çox qadınlar var. Əgər Aişənin xidmətçisindən (Bərirədən) soruşsan, o sənə düzünü deyər". Peyğəmbər - sallallahu aleyhi və səlləm - Bərirəni çağırıb dedi: "Ey Bərirə! Səni şübhələndirəcək bir şey görmüsənmi?" Bərirə: "Xeyr! Səni haqq ilə Göndərənə and olsun ki, ondan bir qəbahət iş görsəydim onu qınayardım. Yalnız onu deyə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğurduğum xəmiri qorumağı ona tapşırdıqda o yatırdı və qoyun gəlib xəmiri yeyirdi"- dedi.
Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzrxahlıq istəsin deyə həmin gün Peyğəmbər - sallallahu aleyhi və səlləm - minbərə qalxıb dedi: "Ey müsəlman camaatı! Sizlərdən kim mənim əhlimə əziyyət verən kimsənin ittihamlarını rədd edərək əhlimə bəraət qazandıra bilər? Mən öz həyat yoldaşımdan heç bir pis hərəkət görməmişəm. Eləcə də ittiham olunan kişinin (Səfvan ibn Muattilin) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil olmayıb".
Bu vaxt Səd ibn Muaz ayağa qalxıb dedi: "Ey Allahın Elçisi, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər ittiham edən şəxs Əvs qəbiləsindəndirsə, biz onun boynunu vurarıq, yox əgər qardaşlarımız olan Xəzrəc qəbiləsindəndirsə əmr et, sənin əmrini yerinə yetirək".
Bu vaxt Xəzrəc qəbiləsinin başçısı - əvvəl əməlisaleh olan, sonra isə yolunu azmış - Səd ibn Ubadə Səd ibn Muaza dedi: "Allaha and olsun ki, sən yalan danışdın! Sən onu nə öldürənsən, nə də öldürməyə qadirsən!" Bu sözdən sonra - Səd ibn Muazın əmisi oğlu - Useyd ibn Xudeyr qalxıb Səd ibn Ubadəyə dedi: "Allaha and olsun ki, sən yalan danışdın! Biz onu mütləq öldürərik. Həqiqətən, sən münafiqsən və münafiqləri müdafiə edirsən". Beləliklə Xəzrəc və Əvs qəbilələri arasında elə çaxnaşma düşdü ki, az qala bir-birlərini öldürəcəkdilər. Bu vaxt Peyğəmbər - sallallahu aleyhi və səlləm - minbərdə dayanıb onları sakitləşdirirdi. Onlar susana qədər Peyğəmbər - sallallahu aleyhi və səlləm - onları sakitləşdirdi. Mən daha bir gün dayanmadan ağladım və yatmadım. Səhərisi gün valideynlərim mənim bir gün yarım dayanmadan ağladığımın şahidi olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mənim yanımda olarkən ənsar qadınlardan biri mənim yanıma daxil olmaq üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu zaman Peyğəmbər - sallallahu aleyhi və səlləm - içəri daxil oldu və salam verib oturdu. Bu söz-sohbət başlanandan o mənim yanımda dayanmamışdı. Bir ay keçməsinə baxmayaraq mənim barəmdə heç bir ayə nazil olmurdu. O - sallallahu aleyhi və səlləm - , Allaha həmd-səna etdikdən sonra dedi: "Ey Aişə! Sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günahkar deyilsənsə Allah səni təmizə çıxardacaq. Yox əgər günah iş görmüsənsə Allahdan bağışlanma dilə, tövbə et! Həqiqətən, bəndə günahını etiraf edib tövbə edərsə Allah onun tövbəsini qəbul edər». Peyğəmbər - sallallahu aleyhi və səlləm - sözünü qurtardıqdan sonra mənim göz yaşım kəsildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: "Allahın elçisinə cavab ver!"- dedim. O dedi: "Allaha and olsun ki, ona nə deyəcəyimi bilmirəm". Sonra mən anama: "Allaın Elçisinə cavab ver"- dedim. O dedi: "Mən bilmirəm Allahın elçisinə nə deyim". Mən az yaşlı qız uşağı olduğum üçün, Qurandan da çox dəlil-sübut bilmədiyimə görə dedim: "Həqiqətən, hər şey mənə bəlli oldu. Siz insanların danışdıqları bütün bu söhbətləri eşitdiniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız olduğumu desəm, Allah da bilir ki, həqiqətən, mən günahsızam, siz mənə inanmayacaqsınız. Yox əgər günahkar olduğumu etiraf etsəm, Allah da bilir ki, mən o günahdan uzağam, siz buna inanacaqsınız. Allaha and olsun ki, Yusifin - aleyhissəlam - atası Yaqubun - aleyhissəlam - dediyindən başqa misal çəkə bilmərəm: "Mənə yalnız tükənməz dözümlə səbr gərəkdir. Dediklərinizi (sübut etməyə isə) Allahdan kömək diləmək lazmıdır" (Yusuf, 18).
Bunları deyib dönüb getdim və yerimə uzandım. O zaman mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Mən ümid edirdim ki, Allahın Elçisi - sallallahu aleyhi və səlləm - mənə bəraət qazandıracaq bir yuxu görəcək. Lakin mən heç vaxt inanmazdım ki, Uca Allah mənim günahsız olduğum barədə qiyamətə qədər oxunacaq ayələr nazil edəcək.
Vallahi Rəsulullah - sallallahu aleyhi və səlləm - heç yerindən qalxmamış və ev əhlindən də hələ çolə bir kəs çıxmamış ona vəhy nazil oldu. O hər dəfə vəhy nazil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirir və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla tər tökülürdü. Vəhy nazil olduqdan sonra o sevincindən gülürdü. Dediyi ilk söz isə bu oldu: "Ey Aişə, Allaha həmd et! O səni təmizə çıxartdı".
Anam dərhal: "Qızım, Rəsulullaha doğru qalx və ona təşəkkür et!"-dedi. Mən isə dedim: "Vallahi, mən nə ona tərəf qalxacağam, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!"
"Həqiqətən, (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdən olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin….." (11-dən 22-yə qədər).
Mənə bəraət qazandıran ayələr nazil olduqdan sonra, qohumluq əlaqələrinin hörmətinə və kasıb olduğuna görə Mistah bin Usasəyə öz malından xərcləyən Əbu Bəkr əs-Siddiq dedi: "And olsun Allaha! Mistah Aişə barəsində belə dedikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm". Uca Allah da bu ayəni nazil etdi:
"Aranızda olan fəzilət sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey verməyəcəkləri, heç bir kömək göstərməyəcəkləri barədə) and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsinizmi? Allah [bəndələrini] bağışlayan və rəhm edəndir!" (ən-Nur, 22).
Əbu Bəkr dedi: "Əksinə, vallahi mən istəyirəm ki, Allah məni bağışlasın!" O, yenə də malından xərcləməyinə davam etdi və dedi: "Allaha and olsun ki, mən heç vaxt malımı ondan əsirgəməyəcəyəm!"
Allahın Elçisi - sallallahu aleyhi və səlləm - Zeynəb bint Cəhşdən mənim barəmdə soruşub dedi: "Ey Zeynəb! Sən [bu haqda] nə bilirsən, yaxud nə görmüsən?» O dedi: "Ey Allahın elçisi! Mən gözümü, qulağımı (görmədiyim, eşitmədiyim şeylərdən) qoruyuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm".
Bu, o Zeynəbdir ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - zövcələri arasında gözəlliyi və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin bunun pis aqibətindən qorxduğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu. Bacısı Həmnə isə ona qarşı müharibəyə başladı (iftiraçıların Aişə barəsində söylədikləri böhtanları yaymağa başladı) və bu səbəbdən də iftiraçılardan həlak olanlarla birgə həlak oldu".
əl-Buxari, 4381, 4750; ət-Tabərani “Mucəmul-Kəbir” 18665.