əl-Furqan surəsi 70 – ci ayə

    02.05.2019
إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

 
“Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!”
 

عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ أَمَرَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ أَبْزَى قَالَ سَلِ ابْنَ عَبَّاسٍ عَنْ هَاتَيْنِ الآيَتَيْنِ مَا أَمْرُهُمَا {وَلاَ تَقْتُلُوا النَّفْسَ الَّتِى حَرَّمَ اللَّهُ} {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا} فَسَأَلْتُ ابْنَ عَبَّاسٍ فَقَالَ لَمَّا أُنْزِلَتِ الَّتِى فِى الْفُرْقَانِ قَالَ مُشْرِكُو أَهْلِ مَكَّةَ فَقَدْ قَتَلْنَا النَّفْسَ الَّتِى حَرَّمَ اللَّهُ ، وَدَعَوْنَا مَعَ اللَّهِ إِلَهًا آخَرَ ، وَقَدْ أَتَيْنَا الْفَوَاحِشَ . فَأَنْزَلَ اللَّهُ {إِلاَّ مَنْ تَابَ وَآمَنَ} الآيَةَ فَهَذِهِ لأُولَئِكَ وَأَمَّا الَّتِى فِى النِّسَاءِ الرَّجُلُ إِذَا عَرَفَ الإِسْلاَمَ وَشَرَائِعَهُ ، ثُمَّ قَتَلَ فَجَزَاؤُهُ جَهَنَّمُ . فَذَكَرْتُهُ لِمُجَاهِدٍ فَقَالَ إِلاَّ مَنْ نَدِمَ .

 
Rəvayət edilir ki, Səid ibn Cubeyr (Allah ona rəhm etsin) demişdir: “Abdur-Rah­mən ibn Əbzi Uca Allahın: “Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin…” (əl-Ənam, 151) “Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir…” (ən-Nisa, 93) ayələ­ri barəsində İbn Abbasdan soruşmağı mənə əmr etdi. Mən də bu barədə ondan soruşduqda, o dedi: “Furqan surəsindəki ayə na­zil olduqda, Məkkə müşrikləri dedilər: “Artıq biz Allahın haram buyurduğu cana nahaq yerə qəsd etdik, Allahla yanaşı başqa bir tanrıya tapındıq və yaramaz işlər gör­dük!” Uca Allah da bu ayəni nazil etdi: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 70). ən-Nisa surəsindəki ayəyə gəlincə isə bu, o şəxsə aiddir ki, o, İslamı və şəriət qayda-qanunlarını bildikdən sonra bir kimsəni öl­dürsün. Odur ki, onun cəzası əbədi Cəhənnəmdir”. Mən bunu Mucahidə xəbər verdim və o: “Yalnız peşman olandan başqa”- deyə cavab verdi”.
 
əl-Buxari, 3855; əl-Beyhəqi “Sunənul-Kubra” 15605, 16245.