Loğman surəsi 14 – 15 - ci ayələr
“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm”
Musab ibn Səd rəvayət edir ki, atası demişdir: “Onun haqda Quranda ayələr nazil olmuşdur. Sədin anası dinindən dönməyincəyə kimi onunla danışmamağa, yeməyib-içməməyə and içdi. Sonra ona belə dedi: “Sən Allahın anan və atanı sənə vəsiyyət ediyini iddia edirsən. Sənin anan mənəm və sənə bunu mən əmr edirəm”. O, üç gün belə oturdu, sonra isə halsızlıqdan huşunu itirdi. Onun Umara adlı oğlu ona su verdi. O (qadın) isə Sədin əleyhinə dua etməyə başladı. Allah U bu ayəni nazil etdi: “Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq” (əl-Ənkəbut, 8), “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran” (Loğman, 15). Allah Elçisi r böyük bir qənimət ələ keçirmişdi. Onun içində bir qılınc var idi. Mən onu götürərək Allah Elçisinin r yanına gətirdim və belə dedim: “Sən mənim halımı bilənlərdənsən, bu qılıncı mənə ver!” O mənə: “Onu götürdüyün yerə qaytar!”- deyə buyurdu. Mən onu qənimət toplanan yerə gətirdikdə, nəfsim məni danladı və mən onun yanına qayıdaraq: “Onu mənə ver!”- deyə söylədim. Allah Elçisi r səsini yüksəldərək, mənə: “Onu götürdüyün yerə qaytar!”- deyə buyurdu. Allah U bu ayəni nazil etdi: “Səndən qənimətlər haqqında soruşarlar” (əl-Ənfal, 1). Sonra mən xəstələndikdə Allah Elçisinin r dalınca adam göndərdim. O gəldiyi vaxt ona belə dedim: “Mənə izin ver, malımı istədiyim kimi bölüm”. O, razı olmadı. Mən: “Yarısını?”- deyə söylədim. O, yenə razı olmadı. Mən: “Üçdəbirini”- dedikdə, o, susdu və bundan sonra üçdəbiri (vəsiyyət etmək) icazəli oldu”. Sonra mən ənsarlar və mühacirlərdən olan bir neçə kişinin yanına gəldim. Onlar mənə: “Səni yedizdirib, şərab içirək!”- deyə buyurdular. Bu, şərab haram olmamışdan əvvəl idi. Onlar bir bostanda ikən mən onların yanına gəldim. Yanlarında qızardılmış bir dəvə başının və bir qab şərab olduğunu gördüm. Mən onlarla bərabər yeyib-içdim. Sonra ənsarları və mühacirləri onların yanında xatırlayaraq: “Mühacirlər ənsarlardan daha xeyirlidir”- demişdim ki, bir kişi hər iki yanağımdan tutaraq mənə kəllə vurdu və burnumu yaraladı. Mən gəlib bunu Allah Elçisinə r xəbər verdim və Allah U mənim barəmdə bu ayəni nazil etdi: “Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin” (əl-Maidə, 90)”.
Muslim, 4432, 6391.