Loğman surəsi 13 – cü ayə
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
“Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
عَنْ عَبْدِ اللَّهِ قَالَ لَمَّا نَزَلَتِ {الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ} قَالَ أَصْحَابُ رَسُولِ اللَّهِ - صلى الله عليه وسلم - أَيُّنَا لَمْ يَظْلِمْ فَأَنْزَلَ اللَّهُ {إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ}
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "İman gətirib imanlarına zülm qatmayanlar əmin-amanlıqdadırlar...” (əl-Ənam, 82) ayəsi nazil olduqda Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əshabələri dedilər: “Bizim hansı birimiz (özünə) zülm etməyib ki?” Uca Allah da bu ayəni nazil etdi: “Həqiqətən də, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13)”.
əl-Buxari, 32; əl-Beyhəqi “Sunənul-Kubra” 11101; 11166.