Quranın otuz cüzə bölünməsinin hikməti nədir?
Və aleykum Salam.
1. Ümumiyyətlə, fitrə zəkatı kasıb müsəlmanlara verilir. Fitrə zəkatını verdikdə onun zəkat olmasını demək şərt deyil. Daha ətraflı:
Fitrə zəkatı hansı məhsullardan verilir?
2. Qeyd etdiyiniz hal orucu pozmur. Daha ətraflı:
Orucu pozan amillər hansılardır?
3. Cüz sözü hissə, parça deməkdir. Quranı rahat oxumaq və əzbərləmək məqsədilə Quran otuz bərabər hissəyə bölünmüşdür. Bunlara cüz deyilir. Hər cüz iki hissəyə bölünür, bu hissələrə də “hizb” deyirlər. 1 cüz 10 vərəqdən (20 səhifə) ibarətdir. İbn Kəsir öz təfsir kitabında Mucahiddən (Allah onların hər ikisinə də rəhmət etsin) belə demişdir: "Qurani Kərimdə 323015 hərf, 77439 kəlmə, 30 cüz (hissə, parça) 60 hizb (cüzün yarısı), 6236 ayə və 114 surə vardır...". (Həmçinin bax: Əbu Osman Amru ibn Bəhr əl-Haciz: "əl-Bəyan və-t-Təbyin", 73-75; Əbu əl-Fərac Abdurrahmən ibn Əli ibn Muhəmməd əl-Covzi: "Fununul-Əfnən fi uyuni ulumil-Qur'ən", 233-252). Həmçinin oxuyun: