Hardasa Quran ayəsini görəndə "Bismilləh" deyilməlidir?
Və aleykum Salam. Hər hansı bir surəni əvvəldən oxuduqda "Bismilləhir-Rahmənir-Rahim" deyilir. Lakin, surənin hər hansı bir yerindən oxumağa başlayanda yalnız "istiazə", yəni "Əuzu billəhi minəş-Şeytanir-Racim" deyilir. Uca Allah bu haqda buyurur: "(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (Əuzu billahi minəş-şeytanir-racim" sözlərini de!)" (ən-Nəhl, 98).
Hardasa bir ayə görüb oxuduqda və ya paylaşdıqda istiazəni deməyə bilərsiniz. Həmçinin, qüsl olmadan Quranı kitabın üzündən oxumaq olmaz. Quranı əzbərdən və ya tərcüməsini qüslsuz oxuya bilərsiniz. Həmçinin oxuyun:
Quranı və onun tərcüməsini oxuyanda dəstəmaz almaq lazımdırmı?
"Bismilləhir-Rahmənir-Rahim" - "Mərhəmətli və Rəhmli Allahın adı ilə!"
"Əuzu billəhi minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası