əl-Əhzab surəsi 25 - ci ayə
“Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir”
Abdur-Rahmən ibn Əbu Səid atasının belə dediyini rəvayət edir: “Xəndək döyüşü günü müşriklər günəş batana qədər bizi Zöhr namazını qılmaqdan yayındırdılar. Bu, döyüş ayəsi nazil olmamaışdan qabaq idi. Allah bu ayəni endirdi: “Döyüşdə Allah möminlərə kifayət etdi” (əl-Əhzab, 25). Allah Elçisi - sallallahu aleyhi və səlləm - Bilala əmr etdi ki, Zöhr namazı üçün iqamə versin. Bu namazı öz vaxtında olduğu kimi qıldı. Sonra Əsr üçün iqamə verdi və Əsri öz vaxtında olduğu kimi qıldı. Sonra Məğrib üçün iqamə verdi və Məğribi öz vaxtında olduğu kimi qıldı”.
ən-Nəsəi, 661; Əhməd, 11198, 11214. əl-Albani və Muqbil səhih olduğunu bildirmişlər.