əl-Əhzab surəsi 37 - ci ayə
“Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”- deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir”
Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, bu ayə “Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır...”- Zeynəb bint Cəhş və Zeyd ibn Harisə barəsində nazil olmuşdur.
əl-Buxari, 4787.
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Zeynəb bint Cəhş barəsində “Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın...” (əl-Əhzab, 37) ayəsi nazil oldu. O, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - digər zövcələrinin yanında fəxr edərək deyirdi: “Sizin hamınızı öz əhliniz ərə verib. Məni isə Allah yeddi səmanın üzərindən (Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə) evləndirib”.
ət-Tirmizi, 3213, 3519. əl-Albani və Muqbil səhih olduğunu bildirmişlər.